Satınalma Rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
İş yeri: Bakı
Vəzifənin məqsədi
Abulife Group daxilində mebel və elektronika kateqoriyaları üzrə satınalma fəaliyyətinin strateji və analitik şəkildə idarə edilməsi, optimal qiymət–keyfiyyət–stok balansının təmin olunması, anbar və satışla inteqrasiya olunmuş effektiv satınalma sisteminin qurulması.
Əsas vəzifə və öhdəliklər
Mebel və elektronika məhsulları üzrə illik, rüblük və aylıq satınalma planlarının hazırlanması
Təchizatçıların seçimi, qiymət və şərt danışıqlarının aparılması
Satınalma prosesinin maya, marja və stok riskləri baxımından analizi
Anbar dövriyyəsi, stok limitləri və riskli məhsullar üzərində nəzarət
Satınalma mütəxəssislərinin idarə olunması və hesabatlılıq sisteminin qurulması
Satınalma qərarlarının analitik əsaslandırılması və rəhbərliyə təqdim edilməsi
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə, menecment – üstünlükdür)
Mebel və/və ya elektronika sahəsində satınalma üzrə minimum 3 il rəhbər və ya aparıcı mütəxəssis təcrübəsi
Güclü analitik düşüncə və Excel biliyi
Təchizatçılarla effektiv və prinsipial danışıqlar aparmaq bacarığı
Anbar, logistika və satış prosesləri haqqında praktiki anlayış
Məsuliyyətli, sistemli və nəticəyönümlü yanaşma
Üstünlüklər
ERP / anbar / satınalma proqramları ilə iş təcrübəsi
Satınalma proseslərinin ERP sistemi üzərindən aparılması, anbar qalığı, stok hərəkəti, alış sifarişləri, maya və hesabat modulları ilə işləmək bacarığı. Sistemli və rəqəmsal mühitdə qərarvermə təcrübəsi.
Retail və ya topdansatış sahəsində real təcrübə
Mağaza şəbəkəsi və ya topdansatış modeli üzrə satınalma proseslərinin qurulması, satış sürətinə uyğun alış planlaması, kampaniya və mövsümi satışlar üçün stok idarəetməsi təcrübəsi.
Hesabatlı və şəffaf iş mədəniyyəti
Satınalma qərarlarının yazılı və analitik əsaslandırılması, aylıq və rüblük hesabatların hazırlanması, rəhbərliyə şəffaf məlumat təqdim etmə və məsuliyyətli qərarvermə mədəniyyəti.
Təklif edirik
Rəqabətqabiliyyətli əmək haqqı
Nəticəyə bağlı bonus sistemi
Strateji qərarvermədə aktiv rol və real səlahiyyət
Abulife Group kimi böyüyən və stabil şirkətdə uzunmüddətli əməkdaşlıq
Müraciət qaydası
Şəkilli CV-lərinizi “Satınalma Rəhbəri” mövzusu ilə 099 204 07 18 nömrəsinə göndərməyiniz xahiş olunur.
Yalnız mebel və elektronika sahəsində real satınalma təcrübəsi və analitik yanaşması olan namizədlər müraciət etsin.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Abu-life Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4516
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə