Filial Müdürü (Elektronika & Mebel Mağazası)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
İş yeri: Xırdalan (yeni filial)
Vəzifənin məqsədi
Xırdalan filialında elektronika və mebel kateqoriyaları üzrə satış, personal, anbar və kassa proseslərinin tam və effektiv idarə olunması, filialın dövriyyə, mənfəət və xidmət keyfiyyəti göstəricilərinin artırılması, Abulife Group-un daxili qayda və prosedurlarının filial səviyyəsində düzgün icrasının təmin edilməsi.
Əsas vəzifə və səlahiyyətlər
Elektronika və mebel məhsulları üzrə satış proseslərinin idarə olunması
Gündəlik və aylıq satış planlarının icrası və nəzarəti
Satış komandasının idarə edilməsi və nəticəyə yönəldilməsi
Müştəri məmnuniyyəti və şikayətlərin operativ həlli
Anbar, stok və məhsul hərəkətlərinə nəzarət
Nağd və qeyri-nağd ödənişlər, kassa intizamına nəzarət
Kreditlə satış proseslərinin düzgün icrası
ERP / satış / anbar sistemləri üzərindən hesabatların hazırlanması
Rəhbərliyə dəqiq və şəffaf məlumatların təqdim edilməsi
Tələblər
Ali təhsil (mütləq şərtdir)
Elektronika və/və ya mebel mağazasında minimum 3 il rəhbər, filial müavini və ya böyük satıcı təcrübəsi
Mağaza əməliyyatlarını tam idarə etmə bacarığı
Satış, personal və proses idarəetməsində praktik təcrübə
Güclü liderlik, məsuliyyət və intizam
Stress altında operativ və düzgün qərarvermə bacarığı
Üstünlüklər
Elektronika və mebel sahəsində real mağaza idarəetmə təcrübəsi
ERP / satış / anbar sistemləri ilə iş bacarığı
Kreditlə satış və müştəri portfeli ilə iş təcrübəsi
Hesabatlı və şəffaf iş mədəniyyəti
Təklif edirik
Rəqabətqabiliyyətli əmək haqqı
Satış nəticələrinə bağlı bonus sistemi
Yeni filialda rəhbər mövqe və real səlahiyyət
Stabil və böyüyən şirkətdə uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi
Müraciət qaydası
Şəkilli CV-lərinizi “Filial Müdürü – Xırdalan” mövzusu ilə 099 204 07 18 nömrəsinə göndərməyiniz xahiş olunur.
Bu vakansiya üzrə yalnız ali təhsilli, elektronika və mebel mağazasında real idarəetmə təcrübəsi olan namizədlərin müraciətinə baxılacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Abu-life Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4514
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə