Satınalma Mütəxəssisi (İdxal meneceri)
Tam Ştat
Menecer
1.200 AZN-dən
Yerləşdirilib 4 mart 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
İş şəraiti
İş yeri: Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi
İş qrafiki: Həftə içi 09:00 – 18:00
Vəzifə öhdəlikləri
Yerli və xarici təchizatçılarla əlaqələrin qurulması və inkişaf etdirilməsi
Dərman vasitələri, tibbi cihazlar və qida əlavələrinin satınalma prosesinin təşkili
Qiymət araşdırması və müqayisəli təhlillərin aparılması
Yeni istehsalçı və təchizatçıların araşdırılması
Sifariş və müqavilə prosesinin təşkili və izlənməsi
Satınalma sənədlərinin hazırlanması və nəzarəti
Məhsullar üzrə GMP, COA, Free Sale və digər sənədlərin toplanması
Logistika və idxal prosesinin koordinasiyası
Aidiyyəti şöbələrlə koordinasiyalı işin təşkili
Tələblər
Ali təhsil
Satınalma və ya təchizat sahəsində iş təcrübəsi arzuolunandır
İngilis dilində sərbəst yazışma və ünsiyyət bacarığı (mütləq)
Rus dili biliyi üstünlükdür
MS Office proqramlarında işləmək bacarığı
Analitik düşünmə və məsuliyyətlilik
Üstünlük veriləcək
Əczaçılıq bazarı haqqında bilik
Beynəlxalq istehsalçılarla iş təcrübəsi
İdxal və satınalma prosesləri üzrə təcrübə
Təklif edirik
1200 – 1800 AZN əmək haqqı
Stabil və inkişaf edən şirkətdə iş imkanı
Peşəkar inkişaf perspektivi
Əlaqə nömrəsi: 055-254-40-71
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt göndərə bilərlər. CV-lərinizi “Satınalma Mütəxəssisi” və ya “İdxal meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
ABC-Pharm MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10390
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer