Satınalma mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Ehtiyac duyulan mal və materialın alışı zamanı keyfiyyət və qiymət uyğunluğunun təmin edilməsi

  • Mütəmadi olaraq təchizatçı siyahısının yenilənməsi və yeni təchizatçıların axtarılması

  • Müəssisənin maraqlarının bütün hallarda üstün tutulması və alış zamanı şəffaflığın təmin edilməsi

  • Təchizatla bağlı olan qrupda makinalar üçün alınmalı ehtiyyat hissələrini təchizat rəhbəri ilə dəqiqləşdirərək alışını həyata keçirmək

  • Malları alarkən çeklərini mühasibarlığa təhvil vermək

  • Lazım olan ehtiyat hissələrini müəyyən yerlərdən axtarıb tapmaq

  • Ərzaq və təmizlik vəsaitlərinin sifarişini almaq və alışını həyata keçirmək

  • İstifadə olunan yanacaq çeklərini mühasibatlığa təhvil vermək

  • Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək

Əsas tələblər:

  • Yaş: 21-25

  • Təhsil: Satış, təchizat və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili

  • Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.

  • Microsoft Office proqramlarında işləmə bacarığı.

  • ERP və digər mühasibat proqramlarında işləmək bacarığı

  • Analitik düşüncə və detallara diqqət.

  • Məsuliyyətlilik və operativlik.

  • Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.

  • Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.

İş şərtləri:

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər

  • Əmək haqqı: razılaşma əsasında.

  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.

  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini göstərilən elektron poçt ünvanına mövzu yerinə Satınalma mütəxəssisi*”** yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Caspian Cable Systems

Caspian Cable Systems

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9203

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya