Ana Səhifə
Vakansiyalar
Sənaye və İstehsalat
İstehsalat ustası

Sahə rəisi (Tikinti, MEP və Yol tikintisi üzrə)

Sahə rəisi (Tikinti, MEP və Yol tikintisi üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

İş yeri: Bakı və ölkədaxili regionlar

İşin təsviri:

  • Tikinti sahəsinin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;

  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;

  • Layihənin icra planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;

  • Tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri heyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq;

  • İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin etmək, icra üzrə jurnal və yerinə yetirilmiş

  • işlərin uçotu üzrə sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq;

  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;

  • Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;

  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;

  • Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;

  • Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;

  • Tikinti sahəsində anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.

  • İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;

Tələblər

  • Yaş: 30- 60 yaş;

  • Tikinti sahəsi üzrə ali təhsil;

  • Uzunmüddətli ezamiyyətlərə hazır olmalı;

  • Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 10 illik təcrübə(azi 5 ili rəhbər vəzifələrdə);

  • Punktual və məsuliyyətli olması;

  • Komanda ilə işləmək bacarığı;

  • Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;

  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;

  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;

  • Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;

  • Komputer bilikləri: Autocad; Microsoft Office; Outlook;

İş şəraiti

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.

  • İş rejimi: 6 günlük;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Sahə rəisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12439

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Layihə rəhbəri (Tikinti, MEP və Yol tikintisi üzrə)

Tam Ştat

İş yeri: Bakı və ölkədaxili regionlar İşin təsviri: Layihənin vaxtında və keyfiyyətlə tamamlanması ; Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması; Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi; Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi; Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi; Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması; Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması; Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və təsdiq üçün təqdim edilməsi; Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması; Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını ; Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi; Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması; Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi; Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;

İş icraçısı (Tikinti, MEP və Yol tikintisi üzrə)

Tam Ştat

İş yeri: Bakı və ölkədaxili regionlar. İşin təsviri: Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək; Layihənin icra planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək; Tikinti-quraşdırma işlərinində, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri heyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq; Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək; Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq; Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək, İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək; Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır; Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir; Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir; Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir; Tikinti sahəsində anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir. İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;