Layihə rəhbəri (Tikinti, MEP və Yol tikintisi üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
İş yeri: Bakı və ölkədaxili regionlar
İşin təsviri:
Layihənin vaxtında və keyfiyyətlə tamamlanması ;
Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və təsdiq üçün təqdim edilməsi;
Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını ;
Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
Tələblər
Yaş: 35- 60 yaş;
Tikinti sahəsi üzrə ali təhsil;
Uzunmüddətli ezamiyyətlərə hazır olmalı;
Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 10 illik təcrübə(azi 5 ili rəhbər vəzifələrdə);
Punktual və məsuliyyətli olması;
Komanda ilə işləmək bacarığı;
Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
Layihələri oxumağı və təhlil etməyi bilməli;Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
Komputer bilikləri: MS Office ( Word, Excell), Auto Cad proqramlarında işləməyi bilməli;
İş şəraiti
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
İş rejimi: 6 günlük;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Layihə rəhbəri” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
ArchiCO
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12438
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə