Sahə Rəisi (Prefabrik dəmir-beton məmulatları üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Hazırda istehsalat şöbəmizə prefabrik dəmir-beton konstruksiya elementlərinin istehsalatı üzrə təcrübəli Sahə Rəisi axtarırıq.
İş şəraiti
İş yeri: Ağdam rayonu, Ağdam Sənaye Parkı
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Əsas vəzifə öhdəlikləri:
Prefabrik dəmir beton məmulatlarının istehsal prosesinin planlanması, təşkili və idarə olunması.
İstehsalın layihə üzrə aparılması və son kontrolların edilməsi.
İstehsalatda texnoloji proseslərə, keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
İşçilərin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü və nəzarəti həyata keçirmək;
İstehsalat avadanlıqlarının düzgün istismarı və vaxtında texniki baxışının təmin olunması;
İstehsalat planlarının icrasını təmin etmək və hesabatların hazırlanması;
Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi.
Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
Müxtəlif layihə komandaları ilə sıx əməkdaşlıq (arxitektorlar, texnoloqlar, sahə mühəndisləri və s.).
Namizəddən gözləntilər və tələblər:
İnşaat Mühəndisi ixtisası üzrə ali təhsil
Tikinti sahəsində ən azı 3 il rəhbər iş təcrübəsi;
İstehsalat proseslərinin təşkili və rəhbərliyi üzrə bilik və bacarıqlar;
Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
Güclü analitik və təşkilatçılıq bacarıqları;
MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
Biz sizə təklif edirik:
Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
Rəqabətli əmək haqqı.
Qidalanma və yaşayış yeri
CV-nizi və əgər varsa portfolionuzu qeyd olunan elektron poçtünvanına “Sahə Rəisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Betonist PDB MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17755
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə