Planlama mütəxəssisi (Prefabrik dəmir-beton məmulatları üzrə)
Hazırda prefabrik dəmir-beton sənaye obyeklərinin tikintisi üzrə planlama mütəxəssi axtarırıq.
Planlama mütəxəssisi olaraq sizdən, layihə üzrə bütün mərhələlərin (istehsal, logistika və montaj) effektiv iş qrafikini planlaşdıraraq sinxron və vaxtında icranı təmin etməniz, qrafikləri hazırlayıb davamlı şəkildə analiz edərək gecikmələrin qarşısını almaqda və resursların optimal idarə olunmasında yaxından iştirak etməyiniz gözlənilir. Eyni zamanda, müxtəlif komandalarla koordinasiyanı təmin edərək layihənin icra vəziyyəti üzrə dəqiq və operativ hesabatlar hazırlamaq, gecikmələri əvvəlcədən müəyyən edib bərpa planları təklif edərək layihənin davamlı və optimallaşdırılmış şəkildə irəliləməsini təmin etmək iş öhdəlikləri içindədir.
Bununla yanaşı, siz Betonist komandasına qoşularaq, siz dinamik layihələrdə iştirak, peşəkar mühəndis komandasında davamlı inkişaf imkanları və güclü karyera yüksəlişi perspektivi əldə etmiş olacaqsınız.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Əsas vəzifə öhdəlikləri:
Layihə üzrə ümumi iş proqramının (master schedule) hazırlanması və təsdiq təqdim edilməsi
Prefabrik beton məmulatlarının istehsalı, daşınması və montaj mərhələlərinin planlaşdırılması və koordinasiyası
Sahədən daxil olan məlumatlar əsasında layihənin icra vəziyyətinin gündəlik analiz edilməsi
Sahə komandalarından (usta, mühəndis, rəhbər heyət) alınan məlumatlar əsasında gündəlik hesabatların hazırlanması
Layihə qrafiklərinin hazırlanması, yenilənməsi və izlənməsi (baseline vs actual müqayisəsi)
Layihə üzrə gecikmələrin analiz edilməsi və bərpa planlarının hazırlanması (recovery plan)
İstehsal, logistika və sahə komandaları ilə koordinasiyanın təmin edilməsi
Material istehsalı və çatdırılması üzrə planların hazırlanması və izlənməsi
Resursların (işçi qüvvəsi, texnika, material) istifadəsinin planlaşdırılması və optimallaşdırılması.
Həftəlik və aylıq progress report və analitik hesabatların hazırlanması
Layihə üzrə S-curve, gecikmə analizləri və KPI göstəricilərinin hazırlanması
Podratçı və subpodratçıların təqdim etdiyi məlumatların təhlili və planlara uyğunluğunun yoxlanılması
Layihə dəyişikliklərinin (change order) ümumi qrafikə təsirinin qiymətləndirilməsi
Bütün planlama proseslərinin Microsoft Project, Primavera və ya Excel üzərindən idarə olunması
Rəhbərlik üçün operativ qərarverməni dəstəkləyən analitik məlumatların hazırlanması
Layihə sənədlərinin, qrafiklərin və hesabatların elektron qaydada sistemli arxivləşdirilməsi
Müxtəlif şöbələrlə (istehsal, satınalma, logistika və s.) mütəmadi koordinasiya iclaslarının təşkili və idarə olunması
Namizəddən gözləntilər və tələblər:
Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə)
Minimum 2-3 il planlama və ya layihə idarəetməsi sahəsində iş təcrübəsi
Prefabrik beton, tikinti və ya sənaye layihələrində təcrübə üstünlükdür
MS Excel, Microsoft Project və ya digər planlama proqramlarında işləmək bacarığı
Analitik düşüncə və problemlərin operativ həlli bacarığı
Yaxşı səviyyədə hesabat hazırlama və təqdimat bacarığı
Komanda ilə işləmə və koordinasiya qabiliyyəti
Biz sizə təklif edirik:
Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
Rəqabətli əmək haqqı.
Rahat və təhlükəsiz iş şəraiti.
Karyera yüksəlişi perspektivi.
CV-nizi və əgər varsa portfolionuzu qeyd olunan elektron poçtünvanına “Planlama mütəxəssisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.