Sahə Mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Sahə komandası üzvləri və subpodratçılarla effektiv ünsiyyətin qurulması
Layihə sahəsində subpodratçıların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi
Tikinti işlərinin layihə və texniki tələblərə uyğun olaraq gündəlik nəzarətinin həyata keçirilməsi
Layihənin bütün mərhələlərində işlərin gedişatının izlənilməsi və kənarlaşmalar barədə hesabat verilməsi
Daxili istifadə üçün gündəlik və həftəlik sahə üzrə irəliləyiş hesabatlarının hazırlanması və təqdim edilməsi
Subpodratçılar tərəfindən təqdim edilən hesabat və jurnalların yoxlanılması və təsdiqlənməsi
Resursların bölüşdürülməsi və sahədaxili iş axını ilə bağlı logistikanın idarə edilməsi
Materialların iş yerində mövcudluğunun və təminatının izlənilməsi
Yüksək keyfiyyətli işlərin icrasının və layihə standartlarının qorunmasının təmin edilməsi
Layihə qrafikinin və işlərin ardıcıllığının icrasına dəstək göstərilməsi
Tələblər
Təhsil / Education:
İnşaat mühəndisliyi, Tikinti və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri) / Specific areas of expertise:
Sahə üzrə nəzarət
Layihələrin əlaqələndirilməsi
Tikinti detalları (construction detailing)
İş təcrübəsi / Work experience:
Tikinti sahəsində nəzarət üzrə 3–5 il iş təcrübəsi
Dil və kompüter proqramları bilikləri / Language and computer programs knowledge (Microsoft Office):
MS Office, AutoCAD
Azərbaycan dili – səlis
İngilis dili – orta səviyyə
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16402
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+