Sahə işlərinin planlaşdırılması və təşkili üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 13 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mövsümi və operativ mexaniki işlərin planlaşdırılması
İllik, rüblük və həftəlik mexaniki sahə işlərinin planını hazırlayır.
Əkin sahələri, bitki növləri və texnoloji kartların tələblərinə uyğun iş həcmlərini müəyyən edir.
Heyyət üçün gündəlik operativ tapşırıqları formalaşdırır.
Texnika və resursların bölgüsü
Hər bir əməliyyat üçün tələb olunan traktor, kombayn, qoşqu və aqreqat sayını müəyyən edir.
Texnika parkının növbələr üzrə yüklənmə planını tərtib edir.
Mexanizatorların, operatorların və texniki xidmət heyətinin bölgüsünü əlaqələndirir.
Sahə işlərinin gedişatına nəzarət və koordinasiya
Texnoloji kartlara uyğun olaraq sahə işlərinin vaxtında başlanması və tamamlanmasını təmin edir.
Aqronomlar, mexanizatorlar və mühəndis-texniki xidmət arasında qarşılıqlı əlaqəni təşkil edir.
İşlərin keyfiyyət göstəricilərinə nəzarət edir.
Texnoloji kartların icrasına nəzarət
Texnoloji əməliyyatların tam icrasını – müddətlər, dərinliklər, gübrə və pestisid norması, səpin və yığım parametrləri – yoxlayır.
Sahədə keyfiyyət nəzarəti ölçmələri aparır.
Sahə proseslərinin logistikasının təşkili
Texnikanın marşrutlarını planlaşdırır və daşınmasını təşkil edir.
Yardımçı texnikanın hazır vəziyyətdə olmasını təmin edir.
GPS və telemetriya monitorinqi
Tapşırıqların icrasını GPS və CAN-telemetriya ilə izləyir.
İş vaxtı, dayanma, sürət və yanacaq sərfiyyatını təhlil edir.
Normadan kənar halları aşkar edir.
Texnikanın sahəyə çıxışa hazırlığı
Aqreqatların komplektliyini və işçi orqanların vəziyyətinə nəzarət edir.
Səpin, çiləmə və biçin avadanlıqlarının sazlanmasına nəzarət edir.
Qoşulan və asılan alətlərin texniki vəziyyətinə nəzarət edir.
Hesabatların hazırlanması
Günlük və həftəlik hesabatlar tərtib edir.
Məhsuldarlıq və faktiki göstəriciləri təhlil edir.
Hektar əməliyyatlarının maya dəyərini hesablayır.
Təhlükəsizlik tələblərinə nəzarət
İşlərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin edir.
Mexanizatorların təlimatlandırılmasını təşkil edir.
Vəzifə tələbləri:
Ali təhsil (Aqronomluq, Aqrar mühəndislik, Torpaqşünaslıq, Bitki mühafizəsi, Menecment və ya əlaqəli sahə)
Müvafiq sahə üzrə əlavə sertifikatlar arzuolunandır
Aqrar sahədə minimum 3–5 il iş təcrübəsi
Sahə işlərinin planlaşdırılması və koordinasiyası üzrə təcrübə
Böyük təsərrüfat və ya çoxşaxəli sahə əməliyyatlarının idarə olunması təcrübəsi üstünlükdür
Əkin planlaması və mövsümi iş qrafiklərinin hazırlanması
Texnika və işçi qüvvəsinin effektiv bölgüsü
Operativ düşünmə və stressə davamlılıq
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
Azərbaycan dili səlis
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Aqrar əməliyyatlar bloku, Mexanizasiya departamenti
Bilavasitə tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
İş yeri: Yevlax, Beyləqan
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sahə işlərinin planlaşdırılması və təşkili üzrə aparıcı mütəxəssis) qeyd edərək göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azərşəkər LLC
Manufacturing
Azərşəkər LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən şəkər və şəkər məhsullarının istehsalı və emalı ilə məşğul olan aqrar-sənaye şirkətidir. Müəssisə ölkədə şəkər çuğundurunun emalı və hazır məhsul istehsalı istiqamətində fəaliyyət göstərərək daxili bazarın şəkər tələbatının ödənilməsinə töhfə verir. Şirkət müasir istehsal texnologiyalarından istifadə edərək keyfiyyət standartlarına uyğun məhsul istehsal etməyi hədəfləyir. Azərşəkər fəaliyyəti çərçivəsində kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlıq, xammal bazasının genişləndirilməsi və aqrar sektorun inkişafına dəstək kimi istiqamətlərə önəm verir. Şirkət eyni zamanda regionlarda məşğulluğun artırılmasına və qeyri-neft sənayesinin gücləndirilməsinə töhfə verən iri istehsal müəssisələrindən biri kimi çıxış edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8528
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
201-500