Risklərin idarə edilməsi və komplayens departamenti, Komplayens və monitorinq şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 yanvar 2026
Son Tarix: 27 fevral 2026
Təsvir
Komplayens və Monitorinq şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması;
Agentlik daxili komplayns siyasətinin icrasını təmin edilməsi;
Requlyativ tələblərin təmin olunması məqsədilə effektiv nəzarət mexanizmlərinin qurulması və tətbiq edilməsi;
Beynəlxalq standartlara (ISO 37001, FCPA, UNCAC və.s) uyğun olaraq komplayens sisteminin inkişaf etdirilməsi;
Komplayens risklərinin müəyyən olunması, risk və insidentlərin qiymətləndirilməsi və idarə edilməsi;
Xüsusi komplayns indikatorlarının hazırlanması, tətbiqi və nəzarət edilməsi;
İllik monitorinq planlarının hazırlanması və icra olunması;
Sahə üzrə daxili normativ sənədlərin hazırlanması və təkminləşdirilməsi;
Komplayens və monitorinq fəaliyyəti ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
Tələblər
İqtisadiyyat, maliyyə, hüquq və ya əlaqəli sahələr üzrə təhsil;
Komplayens, risk, fraud, daxili nəzarət və monitorinq sahələrində minimum 3 il iş stajı, ən azı 1 il rəhbər vəzifədə çalışmaq;
Dil bilikləri: Azərbaycan və İngilis dili sərbəst, rus dili (arzuolunandır);
Sahə üzrə beynəlxalq sertifikatlara malik olmaq (CIA, CAMS, CRCMP, ISO 37001 və.s) ;
Microsoft Office, Power BI, SQL yaxşı səviyyədə texniki bacarıqlar;
Beynəlxalq komplayens və etik standartlar barədə ətraflı biliklər ;
Müxtəlif struktur bölmələrlə yüksək səviyyəli əməkdaşlıq və effektiv idarəçilik bacarıqları;
Hesabatların hazırlanması və təqdim olunması üzrə təcrübə .
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Veb Səhifəyə Keçİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4803
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200