Ana Səhifə
Vakansiyalar

Restoran menecerinin köməkçisi

Restoran menecerinin köməkçisi

Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 5 yanvar 2026

Son Tarix: 5 fevral 2026

Təsvir

"Groupone” MMC “Restoran menecerinin köməkçisi” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:

  • Françayz brendin standartlarına (menyu, servis, təmizlik, vizual görünüş və s.) tam uyğunluğun təmin edilməsi;

  • Müntəzəm olaraq brendin yoxlamalarına hazır olmaq və nəticələrin izlənməsi;

  • İşçi qrafiklərinin hazırlanması və iş rejiminə nəzarət;

  • Yeni işçilərin brend standartlarına uyğun təliminin təşkili;

  • Komanda ruhunun formalaşdırılması və əmək məhsuldarlığının artırılması;

  • Heyətin xidmət keyfiyyəti və davranışlarına nəzarət;

  • Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinə nəzarət;

  • Müştəri şikayətlərinin və rəylərinin operativ şəkildə həll olunması;

  • Davamlı olaraq müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf planlarının hazırlanması;

  • Gündəlik kassanın bağlanması və maliyyə hesabatlarının aparılması;

  • Satış hədəflərinin izlənməsi və satışın artırılması üçün təşəbbüslər;

  • Qida təhlükəsizliyi və gigiyenik normalara uyğunluğun təmin olunması;

  • Təmizlik cədvəllərinə nəzarət və sağlam iş mühiti yaradılması.

Namizədə dair tələblər:

  • Təcrübə: Restoran və hotel sferasında minimum 2-3 il idarəetmədə təcrübə;

  • Xarici dil biliyi üstünlükdür;

  • Kompüter bilikləri: PowerPoint, Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;

  • Əmək haqqı: 1500 AZN;

  • İş yeri: Bakı şəhəri;

  • ⁠İş qrafiki: 6 günlük.

Maraqlanan namizədlər öz CV-lərini “Restoran menecerinin köməkçisi” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4095

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə