Təsvir
İş saatları: Həftə içi (10:00-19:00) Şənbə günü (10:00-16:00)
Vəzifə öhdəlikləri:
Ofisə gələn ziyarətçiləri mehribanlıqla qarşılamaq, ilkin məlumat vermək və müvafiq mütəxəssislərə yönləndirmək.
Daxil olan zəngləri vaxtında cavablandırmaq, müştərilərin suallarını peşəkar şəkildə idarə etmək.
Müraciətlərə dair qeydiyyat aparmaq və müştəri məlumat bazasını müntəzəm yeniləmək.
Sənədləşmə işlərini həyata keçirmək, ərizə və müraciətlərin icrasına nəzarət etmək.
Müştərilərə xaricdə təhsil prosesi, tələb olunan sənədlər və ərizə müddətləri barədə ümumi məlumat vermək.
Ofis daxilindəki iş mühitinin nizamlı saxlanmasını təmin etmək və komanda üzvlərinə dəstək göstərmək.
Ofisə gələn qonaqlara çay, su, kofe təklif etmək.
Tələblər
Xanım namizədlərin müraciəti qəbul olunur.
Ali və ya orta ixtisas təhsilinə malik olmaq; təhsil və ya xidmət sektoru üzrə iş təcrübəsi üstünlük sayılır.
Azərbaycan dilini səlis bilmək; rus və ya ingilis dili səviyyələrindən birini bilmək mütləqdir. Hər ikisini bilmək üstünlükdür.
Güclü ünsiyyət, dinləmə və müştəriyönümlü xidmət bacarıqlarına sahib olmaq.
MS Office proqramlarından (Word, Excel, Outlook) sərbəst istifadə edə bilmək.
Əla görünüş, geyim mədəniyyəti və nümayəndəlik keyfiyyətlərinə malik olmaq.
Stressli iş mühitinə dözümlü olmaq, çoxsaylı tapşırıqları eyni zamanda idarə edə bilmək.
Məsuliyyətli, dürüst, vaxtına dəqiq olmaq və komanda ilə uyumlu işləyə bilmək.
Uyğun namizədlər öz CV formalarını vakansiyanın adını qeyd etməklə +994774442714 nömrəsinə və qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Necə Müraciət Etmək Olar
AzStudy
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17699
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə