Rəqəmsal Məhsullar üzrə Kateqoriya Meneceri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

**Rəqəmsal Məhsullar üzrə Kateqoriya Meneceri -**Smartfon, Planşet, Kompüter və TV kateqoriyaları üzrə
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Smartfon, planşet, kompüter və TV kateqoriyalarının idarə edilməsi

  • Kateqoriyalar üzrə aylıq və illik satış proqnozlarının hazırlanması

  • Bütün SKU-lar üzrə stok səviyyəsinə nəzarət və optimal ehtiyatların formalaşdırılması

  • Tədarükçülərlə danışıqlar aparmaq, ən sərfəli alış şərtlərini müəyyənləşdirmək

  • Tələbat və satış trendlərinə əsasən sifarişlərin düzgün yerləşdirilməsi

  • Məhsulların mağazalar üzrə effektiv paylanması və dövriyyənin optimallaşdırılması

  • Satış nəticələrinin analizi və kateqoriyanın inkişafı üçün təkliflərin verilməsi

  • Rəqiblərin qiymət, stok və məhsul təhlilinin aparılması

  • Kampaniyalar üçün qiymət siyahılarının, endirimlərin və xüsusi təkliflərin hazırlanması

  • Rəhbərliyə mütəmadi olaraq analitik hesabatların təqdim edilməsi

Tələblər

  • Elektronika sahəsində (smartfon/IT/TV) minimum 3 il iş təcrübəsi

  • Kateqoriya idarəçiliyi, satınalma və ya təchizat sahəsində praktiki bilik

  • Analitik düşüncə və güclü hesablama bacarığı

  • Excel və digər analitik alətlərdən peşəkar istifadə bacarığı

  • Operativlik, məsuliyyət və qərarvermə bacarığı

  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı

  • Tədarükçülərlə profesional ünsiyyət və yazışma bacarığı

Üstünlüklər:

  • Mobil telefon, IT və TV bazarı üzrə dərin məhsul biliyi

  • Distributorlarla və brend nümayəndələri ilə iş təcrübəsi

  • Dubai, Türkiyə və digər beynəlxalq bazarlardan alış prosesinə bələdlik

Təklif edirik:

  • Rəqabətli əmək haqqı + bonus sistemi

  • Bytelecom daxilində karyera və peşəkar inkişaf imkanı

  • Geniş məhsul portfeli ilə işləmək fürsəti

  • Rahat və dinamik iş mühiti

CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində “Kateqoriya Meneceri” qeyd olunmalıdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2599

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya