Rəqəmsal Marketinq üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Hazırda şirkətimizə Rəqəmsal Marketinq üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə) tələb olunur.
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər
Marketinq, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Rəqəmsal Marketinq sahəsində minimum 2 il təcrübə
Google Ads, Meta Ads və Google Analytics üzrə təcrübə
SEO, SEM və performans marketinq prinsipləri üzrə biliklər
Analitik düşüncə qabiliyyəti
Güclü kommunikasiya və maraqlı tərəflərin idarə olunması bacarıqları
Eyni anda bir neçə layihəni idarə etmək bacarığı
Marketinq avtomatlaşdırılması və izləmə alətləri ilə təcrübə üstünlükdür
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Biznes məqsədlərinə uyğun rəqəmsal marketinq strategiyasını icra etmək;
Rəqəmsal kommunikasiya kanallarını müəyyənləşdirmək və büdcə bölgüsünü optimallaşdırmaq;
Yeni inkişaf imkanlarını müəyyən etmək və yeni rəqəmsal kommunikasiya kanallarını test etmək;
Ödənişli kampaniyaları planlamaq, başlatmaq və optimallaşdırmaq (Google, Meta, YouTube və s.);
Bütün satış kanalları üzrə performansı idarə etmək: təqdimat, konversiya, müştərinin qorunub saxlanması;
Rəqəmsal ROI-ni maksimuma çatdırmaq və CAC-ni azaltmaq üçün kampaniyaları davamlı optimallaşdırmaq;
Google Analytics və digər alətlər vasitəsilə kampaniya performansını izləmək və təhlil etmək;
Konversiya izləmə və istifadəçi kanallarını qurmaq və optimallaşdırmaq;
A/B testləri və konversiya dərəcəsinin optimallaşdırılması (CRO) təşəbbüslərini həyata keçirmək;
Rəqəmsal məzmunun və sosial media planlarının hazırlanmasına və icrasına nəzarət etmək;
Bütün rəqəmsal platformalarda brend mesajlaşmasının ardıcıllığını təmin etmək;
Onlayn reputasiyanı və istifadəçi əlaqələrini idarə etmək;
Müntəzəm performans hesabatları hazırlamaq və faydalı nəticələr təqdim etmək;
Büdcə istifadəsini və kampaniya effektivliyini izləmək;
Daxili tərəfdaşlar və xarici agentliklərlə əməkdaşlıq etmək;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13345
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə