Rəngsaz
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
AQA Şirkətlər Qrupu "Rəngsaz" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Rəngləməyə hazırlıq işlərinin yerinə yetirilməsi;
Qumlama-astarlama prosesindən çıxmış divar səthlərin cilalanması,üzlənməsis və boyanması;
İnzibati və istehsalat binalarda divarların, tavanların, döşəmələrin, qapı və pəncərələrin, daxili kommunikasiya xətlərinin təmizlənməsi və rənglənməsi işlərinin yerinə yetirilməsi;
Alət və avadanlıqların gündəlik olaraq təmizlənməsi və saz vəziyyətdə saxlanılması;
Tikinti materiallarından qənaətlə istifadə edilməsi;
Görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi və tullantıların idarə edilməsi;
proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması;
İş yerinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili nizam-intizam qaydalarına riayət edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
Texniki menecerin tapşırığı ilə digər işlərin görülməsi.
Tələblər
Minimum 1-3 il iş təcrübəsi;
Əməyin təhlükəsizliyi qayda və qanunlarına uygun fəaliyyət göstərməli.
Yaş həddi: 26-40;
Boya kodları, tərkibləri haqqında ümumi məlumatı olmalı;
Boyama prosesində istifadə edilən avadanlıqların istifadəsini və texniki xarakteristikasını yaxşı bilməli;
Texniki alətləri və materialları tanımaq;
Üzərinə məsuliyyət götürmək bacarığı;
Operativlik, dəqiqlik və səliqə;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
Necə Müraciət Etmək Olar
AQA Şirkətlər Qrupu
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11836
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000