Baş energetik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 10 aprel 2026

Təsvir

AQA Şirkətlər Qrupu "Baş energetik" vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

  • Energetika şöbəsinin işinin sistemli şəkildə təşkil edilməsi;

  • Rəhbrəliyin tapşırığına əsasən müəssisənin bütün elektrik təchizatına rəsmi qaydada cavabdehlik daşımaq;

  • Müəssisənin enerji resurslarının yüksək effektivlik və keyfiyyət göstəricinə malik olmasına cavabdehlik;

  • Enerji sisteminin tam təhlükəsiz, dayanıqlı və qüsursuz işinin təşkil olunması və enerji kəsilməzliyinin yüksək səviyyədə təmin olunması;

  • Müəssisənin bütün vacib rəsmi sənədlərinin tam qaydasında olması və rəsmi qurumlar qarşısında müəssisənin enerji ilə bağlı mənafeyinin müdafiə olunması;

  • Elektrik enerjisi sərfinin uçotu və təhlili, elektrik şəbəkələrinin fəaliyyətinin rasionallaşdırılması üzrə layihələrin işlənib hazırlanması;

  • Elektrik və avtomatlaşdırma sistemləri üzrə iş həcmlərinin, BOQ-ların, büdcələrin və tender texniki şərtlərinin hazırlanması;

  • İşçi heyyətin peşəkarlıq dərəcəsinin artırılması istiqamətində davamlı işlər görülməsi və ildə bir dəfə attestasiya imtahanlarının təşkili;

  • Qarşıya çıxan texniki nasazlıq və qəza halları ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi;

  • Davamlı təkmilləşdirmə və qənaətin artırılması ilə bağlı təkliflər paketi işlənib hazırlanması.

Tələblər

  • Elektrik mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (İri biznes mərkəzləri, otellər və s., infrastruktur layihələrində təcrübə üstünlükdür);

  • Aşağı və orta gərginlikli sistemlər üzrə güclü biliklər;

  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və iş rejimləri barədə məlumatlı olmaq;

  • Enerji təsərrüfatının təşkili, texniki istismar və təmir texnologiyaları üzrə biliklər;

  • Microsoft Office, AutoCAD və digər elektrik layihələndirmə proqramlarında işləmək bacarığı;

  • Elektrik sxemləri, enerji paylanması və təhlükəsizlik qaydalarını mükəmməl bilmək;

  • Digər elektrik layihələndirmə proqramlarında iş bacarığı;

  • Yerli normativlər (AzDTN, FHN) və beynəlxalq standartlar (IEC, EN, NFPA, ISO) üzrə biliklər;

  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və rəhbərlik bacarıqları;

  • Yüksək məsuliyyət, operativ qərarvermə və problem həll etmə qabiliyyəti.

Əlavə məlumat:

  • İş qrafiki: Həftə içi 5 gün, 6-cı gün qısa iş günü;

  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.

Necə Müraciət Etmək Olar

AQA Şirkətlər Qrupu

AQA Şirkətlər Qrupu

Other

AGA Group Azərbaycanda fəaliyyət göstərən çoxşaxəli holdinqdir və 20 ildən artıq təcrübəyə malikdir. Şirkət daşınmaz əmlak, maliyyə, texnologiya, otelçilik və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərir və müştərilərə yüksək keyfiyyətli xidmət və məhsullar təqdim etməyi əsas məqsəd olaraq müəyyən etmişdir. Qrup peşəkar yanaşma və innovativ həllərlə müxtəlif sektorlarda öz mövqeyini gücləndirir. AGA Group Azərbaycanda plaza və biznes mərkəzləri layihələrinin inkişafında, maliyyə xidmətlərinin göstərilməsində, eləcə də aqrar sahədə innovativ layihələrin həyata keçirilməsində fəaldır. Şirkət yüzlərlə yerli və beynəlxalq müştəriyə xidmət göstərərək çoxşaxəli biznes strukturu ilə uzunmüddətli inkişaf strategiyasını davam etdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10827

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı

Tam Ştat

AQA Şirkətlər Qrupu "İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasazlıqların aşkar edilməsi və düzgün diaqnostikanın aparılması; Kondisionerləşmə layihələrini oxuma və tətbiq etmə bacarığı; Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi; Daxili və xarici blokların montaj və demontaj işlərinin icrası; Kondisioner sistemlərinə qaz vurulması, qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və sistemlərin tənzimlənməsi; Ana platalarda (ana kartlarda) yaranmış nasazlıqların müəyyən edilməsi; Mono, multi və VRF sistemləri üzrə təmir işlərinin aparılması və ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi; Kompressorların, iki çıxışlı klapanların, sensorların, fan mühərriklərinin və digər mexaniki hissələrin dəyişdirilməsi; İdarəetmə pultları, mikrosxemlər və elektrik naqillərinin əvəz edilməsi; Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işəsalıcıların dəyişdirilməsi; Kondisioner sistemlərinin xüsusi kimyəvi vasitələrlə yuyulması və süzgəclərin təmizlənməsi; Mərkəzləşdirilmiş VRF sistemlərində mis və drenaj borularının, siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolyasiya olunması; SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, istismar qaydalarına və daxili prosedurlara riayət edilməsi; Tələb olunan material və ehtiyat hissələrinin anbardan çıxarılması, onlardan düzgün və qənaətlə istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi; Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.