Regionlar üzrə Tibbi Nümayəndə
Bakı
Tam Ştat
Orta Səviyyə
600 - 1.000 AZN
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 10 mart 2026
Təsvir
Biz peşəkar və dinamik komandamız üçün “Regionlar üzrə Tibbi Nümayəndə” axtarırıq!
Əgər tibbi sahədə təcrübəniz varsa və bu sahədə karyera qurmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!
Vəzifə öhdəlikləri:
Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək;
Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi;
Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
Bazar araşdırması etmək və satış kanallarını artırmaq;
Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq;
İş şəraiti:
İş qrafiki: I-V günlər - 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarıqları əsasında müəyyən edilir.
Ünvanlar:
Ağsu, Şamaxı, İmişli, Salyan, Şirvan, Masallı, Gəncə, Şəki, Qəbələ, Quba, Zaqatala, Şəmkir, Bərdə, Qazax, Mingəçevir, Beyləqan, Lənkəran.
Tələblər
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 23 - 35
Tələblər:
Təhsil: Ali və ya orta təhsil (Tibb təhsili üstünlükdür);
Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi arzuolunandır;
Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point);
Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.
Əgər siz də bu vəzifə üçün uyğun namizədsinizsə, təklif olunan region qeyd edərək “Regionlar üzrə Tibbi nümayəndə” (məsələn, “Ağsu, Zaqatala, Qəbələ”) mövzusu ilə CV-nizi e-poçt ünvanına göndərməyə dəvət edirik.
Bizimlə birgə inkişaf etmək və mükəmməl nəticələr əldə etmək istəyirsinizsə, sizi komandamıza gözləyirik!
Necə Müraciət Etmək Olar
AzəriMed QSC
Healthcare
AzəriMed QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarük şirkətlərindən biridir. Şirkət xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli dərmanlar, qida əlavələri, tibbi cihazlar və sərf materialları ilə təmin edir və ölkənin müxtəlif regionlarında peşəkar servicedədayanıqlılığını qoruyur. AzəriMed QSC-nin məqsədi insanlara daha yaxşı sağlamlıq yolunda dəstək olmaq və tibbi tələbləri vaxtında və etibarlı şəkildə qarşılamaqdır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7563
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000