Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Regional Satış Təmsilçisi (Qarabağ və ətraf regionlar)

Regional Satış Təmsilçisi (Qarabağ və ətraf regionlar)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

Hazırda şirkətimizə Regional Satış Təmsilçisi (Qarabağ və ətraf regionlar) axtarırıq!

**QEYD:**Qarabağ bölgəsi və ya ona yaxın ərazilərdə (Gəncə, Bərdə) yaşayan şəxslərin müraciət etməsi xahiş olunur.

Əsas vəzifə və öhdəliklər:

  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorlarla müntəzəm olaraq əlaqələrin saxlanması;

  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorların biznes fəaliyyətinin monitorinqi;

  • Müştərilər, pərakəndə satıcılarla müqavilələrin monitorinqi;

  • Müştəri kreditlərinin, pərakəndə satıcılarla bağlı risklərin monitorinqi və məlumatın əldə edilməsi;

  • Bazar araşdırmaları üzrə məlumatların toplanması və hesabat verilməsi;

  • Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm olaraq rəylərin toplanması;

  • Bazarın monitorinqi və yeni pərakəndə satıcılar, distribütorlar və müştərilərin cəlb olunması;

  • Müştərilərin, pərakəndə satıcılar və distribütorların diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması;

  • Korporativ və potensial müştərilərə yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi;

  • NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması;

  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;

  • API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin tətbiqi;

  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

Tələblər

  • İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili

  • 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi

  • İngilis dili biliyi

  • MS Office proqramlarında işləmək bacarığı

  • Sement və beton istehsalı üzrə texniki biliklər

  • Bazarın təhlili və araşdırılması üzrə təcrübə

  • Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər

  • Sənaye standartları haqqında məlumatlılıq

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük

  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

  • Bütövlük

  • Yenilikçilik

İmtiyazlar:

  • Könüllü tibbi siğorta

  • Servis avtobusu

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14670

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş Hüquq Məsləhətçisi

Tam Ştat

Əsas vəzifə və öhdəliklər: Sazişlər/müşahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, anlaşmalar və hüquqi gücə malik və Şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və/və ya ləğv edən digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək; Kontr-agentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması; Müqavilə sənədlərinin qüvvəyə minməsi icrası və qüvvədən düşməsi üçün bütün digər tələb olunan sənədlərin hazırlanması və/və ya hərəkətlərin edilməsi; Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi; Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından Şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi; Şirkətin təsisiçilərinin və Direktorlar Şurasının qərarlarının və protokollarının hazırlanması və saxlanması; Şirkətin məhkəmə orqanlarında təmsil edilməsi, orada Şirkətin hüquq və maraqlarının müdafiə edilməsi və bununla bağlı bütün zəruri hərəkətlərin Şirkətin adından həyata keçirilməsi; Qanunvericilikdəki dəyişikliklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı Şirkətə müvafiq tövsiyələrin verilməsi; Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq; Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.