Regional HR Assistant

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

  • Region üzrə kənd təsərrüfatı əməliyyatları üçün yeni işçilərin işə qəbulu və inteqrasiyası prosesində dəstək göstərilməsi;

  • İşçi qeydlərinin idarə edilməsi və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi;

  • Əməkhaqqı hesablanması və sosial faydaların idarə olunmasında iştirak edilməsi;

  • Təhlükəsizlik və kənd təsərrüfatı təcrübələri üzrə təlim proqramlarının koordinasiya edilməsi;

  • Region üzrə işçi münasibətləri ilə bağlı məsələlərin idarə olunması və həllinə dəstək verilməsi;

  • İR hesabatlarının hazırlanması və performans qiymətləndirmə proseslərində iştirak edilməsi;

  • İşçi qüvvəsinin planlaşdırılması məqsədilə regional İR əməkdaşlar ilə mütəmadi əlaqənin saxlanılması.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Hüquq, İdarəetmə və ya oxşar sahə üstünlükdür)

  • Minimum 6 ay HR Operations / HR Assistant təcrübəsi

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza biliklər

  • MS Excel və MS Office proqramlarında işləmə bacarığı

  • Sahə şəraitində işləməyə uyğunluq (regionlarla əlaqə).

  • Ezamiyyələrə hər zaman açıq olmaq.

  • Dəqiq, məsuliyyətli və məxfi məlumatlarla işləmə bacarığı

Necə Müraciət Etmək Olar

Agro Dairy LLC

Agro Dairy LLC

Manufacturing

Agro Dairy LLC Azərbaycanda fəaliyyət göstərən iri südçülük və aqrar-sənaye şirkətidir. Şirkət əsasən süd və süd məhsullarının istehsalı ilə məşğuldur və müasir texnologiyalar tətbiq etməklə yüksək keyfiyyət standartlarına uyğun məhsullar təqdim edir. Agro Dairy həm xammal istehsalı (heyvandarlıq), həm də emal prosesini vahid istehsal zənciri çərçivəsində idarə edir. Şirkət fəaliyyətində qida təhlükəsizliyi, innovativ istehsal və dayanıqlı kənd təsərrüfatı prinsiplərini əsas götürür. Agro Dairy daxili bazarın süd məhsullarına olan tələbatının qarşılanmasına töhfə verməklə yanaşı, aqrar sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15315

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya