Pivot Operatoru -Ceyrançöl təsərrüfatı

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

  • Pivotların Check-list üzrə yoxlanmasını həyata keçirmək: əyilməni, hərəkət trayektoriyasını, manometri, təzyiq tənzimləyicilərini, su borularını, qum tutucuları, su çiləyicilərini, təkərləri, motorları və kardanları yoxlamaq.

  • Pivotları suvarma üçün işə salmaq və təyin olunmuş qaydada düzgün idarə etmək.

  • Batan pivotları çıxarmaq və pivotların təkər izlərini doldurmaq.

  • Soyuq hava şəraitində pivotları qış mövsümü üçün hazırlamaq, o cümlədən pivot daxilində olan suları tam boşaltmaq.

  • Suvarma normalarını düzgün şəkildə daxil etmək.

  • Suvarma sistemlərinin düzgün işləməsini, səmərəli suya qənaət olunmasını və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün suvarma keyfiyyətini prosedura uyğun olaraq mütəmadi sınaqdan keçirmək.

  • Şirkət tərəfindən təyin edilmiş nəqliyyat vasitələrindən, avadanlıqlardan və alətlərdən düzgün istifadə etmək, onlara qulluq göstərmək və inventarizasiya aparmaq.

  • Vəzifə öhdəliklərini şirkətin siyasətinə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirmək.

Tələblər

  • Pivotların iş prinsipini bilmək.

  • Suvarma sistemləri ilə bağlı texniki biliklərə sahib olmaq.

  • Ciddi, məsuliyyətli və dəqiq olmaq.

  • İşgüzar olmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək.

  • Komandada işləmə bacarığına sahib olmaq.

  • Texniki nasazlıqları ilkin mərhələdə müəyyən etmək bacarığına malik olmaq.

  • Təhlükəsizlik qaydalarına riayət etmək.

  • Elektrik sahəsi üzrə məlumata sahib olmaq (üstünlükdür).

  • Sürücülük vəsiqəsinə malik olmaq (üstünlükdür).

  • Kənd təsərrüfatı avadanlıqları ilə işləmə təcrübəsinin olması (üstünlükdür).

Necə Müraciət Etmək Olar

Agro Dairy LLC

Agro Dairy LLC

Manufacturing

Agro Dairy LLC Azərbaycanda fəaliyyət göstərən iri südçülük və aqrar-sənaye şirkətidir. Şirkət əsasən süd və süd məhsullarının istehsalı ilə məşğuldur və müasir texnologiyalar tətbiq etməklə yüksək keyfiyyət standartlarına uyğun məhsullar təqdim edir. Agro Dairy həm xammal istehsalı (heyvandarlıq), həm də emal prosesini vahid istehsal zənciri çərçivəsində idarə edir. Şirkət fəaliyyətində qida təhlükəsizliyi, innovativ istehsal və dayanıqlı kənd təsərrüfatı prinsiplərini əsas götürür. Agro Dairy daxili bazarın süd məhsullarına olan tələbatının qarşılanmasına töhfə verməklə yanaşı, aqrar sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində də mühüm rol oynayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14317

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya