Referent
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Rəhbərlik üçün sənədlərin hazırlanması və idarə olunması
Rəsmi yazışmaların (məktublar, təqdimatlar, hesabatlar) hazırlanması
Görüşlərin, iclasların və tədbirlərin təşkili və cədvəlləşdirilməsi
Daxil olan zənglərin və e-maillərin cavablandırılması
Sənədlərin tərcüməsi (əgər tələb olunursa)
Gələn qonaqların qarşılanması və yönləndirilməsi
Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi
Tələblər
Ali təhsil (filologiya, beynəlxalq münasibətlər, idarəetmə və ya uyğun sahə)
Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı (İngilis dili arzuolunandır)
Ofis proqramlarında (MS Word, Excel, Outlook) yüksək səviyyədə işləmə bacarığı
Yazılı və şifahi ünsiyyət bacarıqları
Məsuliyyətli, diqqətli və operativ olmaq
Oxşar sahədə təcrübə üstünlükdür
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00
Əmək haqqı: Razılaşma yolu ilə
Əmək müqaviləsi ilə rəsmiləşdirmə
Ünvan: Xətai pr. 34 Luxen Plaza, mərtəbə 12
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13784
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000