Keyfiyyətin İdarəolunması şöbəsinin müdiri

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

  • Şirkətin keyfiyyət siyasəti, məqsəd və hədəflərinin hazırlanması və İİS-ə inteqrasiyasına rəhbərlik edir.

  • İİS üzrə bütün prosedur, proses xəritəsi, təlimat, forma və digər sənədlərin hazırlanmasını, razılaşdırılmasını, təsdiqini və yayımlanmasını təşkil edir.

  • Şirkətin bütün struktur bölmələrinin sənədlərinin ISO 9001, ISO 45001, ISO 14001 və biznes tələblərinə uyğunluğunu yoxlayır və təsdiq edir.

  • Proseslərin siyahısının, proses sahiblərinin və proses ƏPG-lərinin (KPI-ların) müəyyən edilməsini koordinasiya edir, KİOŞ-a aid göstəricilərə nəzarət edir.

  • İllik daxili keyfiyyət audit planını hazırlayır, bütün proseslər üzrə daxili auditlərin keçirilməsini təşkil edir, nəticələr və DÖF-lər üzrə icraya nəzarət edir.

  • Uyğunsuzluqların (UQ) və düzəldici/önləyici fəaliyyətlərin (DÖF) qeydiyyatı, kök səbəb analizi və icrasının koordinasiyasını təmin edir, UQ/DÖF üzrə elektron və kağız arxivləri idarə edir.

  • İİS üzrə rəhbərlik təhlili üçün məlumatları toplayır, analiz edir və Baş əməliyyat direktoruna illik/rüblük/aylıq hesabatlar təqdim edir.

  • ISO 9001/45001/14001 üzrə xarici auditlərə və sertifikatlaşdırmaya hazırlığı təşkil edir, audit zamanı sertifikatlaşdırma orqanları ilə qarşılıqlı əlaqəni təmin edir.

  • İşçilərin keyfiyyət idarəetmə sistemi üzrə maarifləndirilməsi və təlimlərinin planlaşdırılmasını və keçirilməsini təmin edir, təlimlərin məzmununu təsdiq edir.

  • Məhsul sertifikatlaşdırılması və ölçmə vasitələrinin kalibrlənməsi üzrə fəaliyyətlərin koordinasiyasına nəzarət edir, müvafiq daxili qaydaların və prosedurların hazırlanmasını təmin edir.

  • Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir, iş bölgüsü aparır, performansı qiymətləndirir, motivasiyanı və intizam tədbirlərini təşkil edir.

  • Keyfiyyət sahəsində qanunvericilik və standartlarda olan dəyişiklikləri izləyir, zəruri hallarda proseslərə və sənədlərə inteqrasiya olunmasını təmin edir.

Tələblər

  • Ali təhsil (ixtisas: iqtisadiyyat və ya idarəetmə yönümlü)

  • Keyfiyyət sahəsində minimum 5 il iş təcrübə

  • Biznes proseslərinin idarəedilməsi üzrə təcrübə

  • Azərbaycan dilinin sərbəst bilik səviyyəsi

  • İngilis dili v' Rus dili bilikləri arzuolunandır

  • MS Office, Visio, Draw.io üzrə sərbəst işləmə bacarığı

  • Mövcud avtomatlaşdırılmış informasiya sistemləri ilə işləmə bacarığı

  • Pəşəkar ünsiyyət və yazışma bacarığı

  • Sertifikatlar: ISO 9001:2015 lead auditor, ISO 9001:2015 İnternal auditor, ISO 19011 Auditing Management Systems, Process Management (BPM – Business Process Management, Documentation & QMS Design Certification

İş şəraiti:

  • 5günlük

  • İstirahət şənbə və bazar günü

  • Ünvan: Xətai 34 (Luxen Plaza)

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)

  • Şəhərin mərkəzində ofis

  • Bonus sistemi

  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13782

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Avtokar sürücüsü

Tam Ştat

Avtokar texnikasının təhkim olunduğu ərazidə düzgün və təhlükəsiz idarə etmək; İşə başlamazdan əvvəl avtokara ümumi texniki baxış keçirmək və texnikanın saz vəziyyətdə olub-olmamasını yoxlamaq İşə başlamazdan əvvəl texnikanın mühərrikinin isidilməsi məqsədi ilə texnikanın işlək vəziyyətdə (3-5 dəqiqə) saxlanılması Anbara daxil olan malların istehsal tarixinə uyğun olaraq qruplaşdırılıb təhlükəsiz şəkildə anbarda təyin olunmuş yerlərə yığılması Anbara daxil olan və çıxarılan malları / yükləri avtokarla təhlükəsiz şəkildə daşımaq; Daşınacaq yükləri təlimata uyğun şəkildə qəbul etmək, boşaltmaq və təyinat yerinə vaxtında çatdırmaq; Məhsulların müəyyən olunmuş yerə düzgün və səliqəli şəkildə yığılmasını təmin etmək; Yükləmə və boşaltma əməliyyatlarını səliqəli və zərərsiz yerinə yetirmək; Avtokarın texniki vəziyyətini daim nəzarətdə saxlamaq və nasazlıq hallarında məsul şəxsə məlumat vermək; Gündəlik işə başlamazdan əvvəl və sonra avtomobilin texniki baxışını aparmaq; Yanacaq, yağ və digər ehtiyacların normaya uyğun istifadəsinə nəzarət etmək. Yanacaq sərfiyyatını səmərəli planlaşdırmaq və uçotunu aparmaq; Nəqliyyat vasitəsinin təmiz və səliqəli saxlanılmasına diqqət yetirmək. Motosaata uyğun olaraq texnikanın yağını, yanacaq və hava filterlərini, yanacaq süzgəcini vaxtında dəyişdirmək. Yanacaq sərfiyyatı barəsində vaxtaşırı olaraq anbardara məlumat vermək Təyin olunmuş marşrut və ya sahədə hərəkət etməklə əməyin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət etmək Texnikanın yanacağının doldurulma prossesini təhlükəsiz şəkildə icra etmək Potensial risklərin qarşısını almaq üçün tədbirlər görmək; Vəzifə öhdəliklərini irəli gələn əmək funksiyalarının icrası zamanı hərkət və hərəkətsizliyi nəticəsində şirkətə qarşı vurulmuş ziyanı ödəmək; Şöbəyə aid olan prosedur və qaydalara riayət etmək; Daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək; SƏTƏM qaydalarına əməl etmək; Rəhbərliyin verdiyi digər tapşırıqları operativ icra etmək.