Quyu-tamponaj Sementi və Satışı üzrə Kiçik Mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər
Satışın idarə olunması, neft-qaz sənayesi, quyuların istismarı, quyuların sementlənməsi və əlaqədar sahədə ali təhsil
Neft-qaz sənayesi, quyuların istismarı, tikinti materiallarının istehsalı prosesi üzrə biliklər
Sənaye standartlarına dair əsas biliklərə malik olmaq
Bazarın monitorinqini aparmaq bacarığı
Müvafiq sahədə 2-3 il təcrübə
İngilis dili və MS ofis proqramları
B1, B kateqoriyalarında sürücülük vəsiqəsinin olması
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Müştərilərə şirkətin məhsul və xidmətlərini izah etmək üçün texniki təqdimatlar hazırlamaq;
Bazarın, potensial yerli və beynəlxalq müştərilərin monitorinqi və onların Norm məhsulları üzrə ehtiyaclarını öyrənmək;
Müştərilərlə müqavilə və digər sənədləşmə prosedurlarında dəstək göstərmək;
Müştəri ilə ödəniş şərtlərini, kredit xətti prosedurlarını izləmək və rəhbərliyə təkliflər təqdim etmək;
Quyu-tamponaj sementinin bazar araşdırmasına dair nəticələri toplamaq və hesabat vermək;
Müştərilərin məhsulun keyfiyyəti ilə bağlı texniki dəstək ehtiyacına dair rəyləri almaq və həllinə dair təkliflər hazırlamaq;
Bazarın monitorinq etmək, potensial müştərilərlə biznes imkanları araşdırmaq və kommersiya planı hazırlamaq;
Müştərinin tələblərini anlamaq və satış dəstəyini təmin etmək üçün satış, marketinq, logistika və texniki komandalarla əməkdaşlıq etmək;
Satışa dəstək, müştəri ilə əməkdaşlığın təqibi, sifarişlərin icrası, yenilənməsi, qiymətlərin müzakirəsi, satışın tamamlanması və çatdırılmaların təşkilində iştirak;
Hədəf müştərilər üçün yeni satış və marketinq strategiyalarının formalaşdırılması üçün müştəri rəylərini öyrənmək, qeydlər aparmaq və məlumatları qiymətləndirmək;
Təkmilləşdirmə sahələrini müəyyən etmək və problemləri və mümkün həll yollarını rəhbərliyə təqdim etmək;
Satış kvotalarını müəyyən etmək və onlara nail olmaq;
Məhsulun gələcəkdə təkmilləşdirilməsi üçün müştəri ehtiyaclarını müvafiq şöbəyə effektiv şəkildə çatdırmaq;
Kompleks satış dövrlərində strateji planlaşdırma tərtib etmək və icrası üçün satış komandası ilə tərəfdaşlıq etmək;
TMS Pro sistemində quyu-tamponaj sementinə dair bütün müştəri müraciətlərinin və şikayətlərinin qeydiyyatını aparmaq;
Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi;
API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Norm OJSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4918
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə