Qrafik Dizayner (Təcrübə proqramı 2 ay)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 dekabr 2025
Son Tarix: 18 yanvar 2026
Təsvir
Marketinq və kreativ sahədə karyerasını qurmaq istəyən gənclər üçün MixPro Təcrübə Proqramına start veririk. Proqram real layihələr üzərində praktiki bacarıqların inkişaf etdirilməsini, peşəkar iş mühitinə adaptasiyanı və uzunmüddətli əməkdaşlıq üçün potensial namizədlərin formalaşdırılmasını hədəfləyir.
Müddət: 2 ay
Format: Ofis / Hibrid (layihədən asılı olaraq)
Qeyd: Təcrübə proqramı öyrədici və təlim-praktika xarakteri daşıyır.
Vəzifə öhdəlikləri:
Sosial media postları, reklam materialları və vizual kontentlərin hazırlanması
Brend kimliyinə uyğun dizayn işlərinin icrası
Marketinq və kreativ komanda ilə birgə layihələrin hazırlanmasında iştirak
Dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun tətbiqi
Tələblər
Adobe Photoshop, Illustrator və ya oxşar dizayn proqramları üzrə ilkin biliklər
Vizual zövq və kreativ yanaşma
Dizayn sahəsində inkişaf və öyrənmə istəyi
Portfolio nümunələrinin olması üstünlükdür
İnkişaf perspektivi:
Real marketinq layihələri üzərində dizayn təcrübəsi
Brend vizual dili ilə işləmə bacarığının formalaşdırılması
Portfolio üçün praktik və istifadə oluna bilən işlərin toplanması
Uğurlu nəticələr əsasında uzunmüddətli əməkdaşlıq imkanlarının qiymətləndirilməsi
Təcrübə Proqramı sizə nə qazandıracaq?
Real layihələr üzərində praktiki iş təcrübəsi
Peşəkar marketinq və kreativ mühitdə işləmək imkanı
Mentor dəstəyi və inkişaf yönümlü geri dönüşlər
Şəxsi bacarıqların və portfolionun gücləndirilməsi
Gələcək karyera və əməkdaşlıq perspektivləri
Uyğun namizədlərdən CV-lərini «Qrafik Dizayner» başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Mixpromax MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3346
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə