Qrafik Dizayner (Təcrübə proqramı 2 ay)
Marketinq və kreativ sahədə karyerasını qurmaq istəyən gənclər üçün MixPro Təcrübə Proqramına start veririk. Proqram real layihələr üzərində praktiki bacarıqların inkişaf etdirilməsini, peşəkar iş mühitinə adaptasiyanı və uzunmüddətli əməkdaşlıq üçün potensial namizədlərin formalaşdırılmasını hədəfləyir.
Müddət: 2 ay
Format: Ofis / Hibrid (layihədən asılı olaraq)
Qeyd: Təcrübə proqramı öyrədici və təlim-praktika xarakteri daşıyır.
Vəzifə öhdəlikləri:
Sosial media postları, reklam materialları və vizual kontentlərin hazırlanması
Brend kimliyinə uyğun dizayn işlərinin icrası
Marketinq və kreativ komanda ilə birgə layihələrin hazırlanmasında iştirak
Dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun tətbiqi