Qrafik Dizayner – Mirzə Data Kids
Bakı,, Af, City,, 55, Rashid, Behbudov, St.
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 7 aprel 2026
Təsvir
Mirzə Data Kids komandası üçün kreativ düşüncəli, vizual üslubu güclü və motion dizayn bacarığı olan Qrafik Dizayner axtarırıq.
Vəzifə öhdəlikləri:
* Mirzə Data Kids üçün sosial media vizuallarının hazırlanması
* Tədris layihələri və reklam kampaniyaları üçün dizayn materiallarının hazırlanması
* Motion dizayn (qısa animasiyalar, intro/outro, izahlı videolar və s.) hazırlanması
* Banner, poster, promo material və çap işlərinin dizaynı
* Layihə komandasının dizayn tələblərinə uyğun vizualların hazırlanması
* Brend üslub kitabçasına uyğun dizaynların icra olunması
Tələblər:
* Qrafik dizayn sahəsində təcrübə
* Adobe Photoshop, Illustrator, Premiere Pro / After Effects biliyi (AE biliyi üstünlükdür)
* Motion dizayn üzrə bacarıqların olması (üstünlükdür)
* Kreativ yanaşma və müasir dizayn trendlərini izləmək
* Məsuliyyətli, detallara diqqətli və vaxtında təhvil vermə bacarığı
* Komanda ilə harmonik şəkildə işləmə bacarığı
İş şəraiti:
* İş saatları: 09:00 – 18:00
* Əməkhaqqı: Namizədin bacarıq və portfoliosuna uyğun olaraq razılaşma yolu ilə
📩 Müraciət üçün CV və portfolio linkinizi info@dsa.az elektron ünvanına mövzu hissəsində “Graphic Designer – Mirzə Data Kids” yazaraq göndərə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Mirze Data Kids
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10033
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə