Şirkətlərə Qayıt

Mirze Data Kids

3

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

3 iş elanı

Qrafik Dizayner – Mirzə Data Kids

Mirze Data Kids

Tam Ştat
Orta Səviyyə

Mirzə Data Kids komandası üçün kreativ düşüncəli, vizual üslubu güclü və motion dizayn bacarığı olan Qrafik Dizayner axtarırıq. Vəzifə öhdəlikləri: * Mirzə Data Kids üçün sosial media vizuallarının hazırlanması * Tədris layihələri və reklam kampaniyaları üçün dizayn materiallarının hazırlanması * Motion dizayn (qısa animasiyalar, intro/outro, izahlı videolar və s.) hazırlanması * Banner, poster, promo material və çap işlərinin dizaynı * Layihə komandasının dizayn tələblərinə uyğun vizualların hazırlanması * Brend üslub kitabçasına uyğun dizaynların icra olunması Tələblər: * Qrafik dizayn sahəsində təcrübə * Adobe Photoshop, Illustrator, Premiere Pro / After Effects biliyi (AE biliyi üstünlükdür) * Motion dizayn üzrə bacarıqların olması (üstünlükdür) * Kreativ yanaşma və müasir dizayn trendlərini izləmək * Məsuliyyətli, detallara diqqətli və vaxtında təhvil vermə bacarığı * Komanda ilə harmonik şəkildə işləmə bacarığı İş şəraiti: * İş saatları: 09:00 – 18:00 * Əməkhaqqı: Namizədin bacarıq və portfoliosuna uyğun olaraq razılaşma yolu ilə 📩 Müraciət üçün CV və portfolio linkinizi info@dsa.az elektron ünvanına mövzu hissəsində “Graphic Designer – Mirzə Data Kids” yazaraq göndərə bilərsiniz.

Sales Specialist – Mirze Data Kids

Mirze Data Kids

Tam Ştat
Orta Səviyyə

Mirze Data Kids, məktəblilər üçün süni intellekt və data analitika təlimləri layihəsi üçün Sales Specialist vəzifəsinə namizəd axtarır. Vəzifə öhdəlikləri: Potensial müştərilərlə (valideynlərlə) telefon və e-mail vasitəsilə əlaqə saxlanılması Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun tədris proqramlarının təqdim edilməsi Satış prosesinin idarə olunması və müqavilələrin bağlanması Satış planının icrası və aylıq hədəflərin yerinə yetirilməsi Satış analizinin aparılması və nəticələrin hesabat formasında təqdim edilməsi Müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulması Tələblər: Yüksək səviyyədə satış və ünsiyyət bacarığı MS Office proqramlarını yaxşı səviyyədə bilməli Azərbaycan dilində səlis ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür) Məsuliyyətli və kollektivdə işləmək bacarığı Nəticəyönümlü və hədəf əsaslı işləmə bacarığı Aktiv, enerjili və təşəbbüskar yanaşma İş şəraiti: İş saatları: 09:00 – 18:00 Əməkhaqqı: Namizədin bacarıq və təcrübəsinə uyğun olaraq rəqabətcil olacaq və razılaşma yolu ilə qərarlaşdırılacaq. 📩 Maraqlanan namizədlər CV-lərini info@dsa.az elektron ünvanına göndərə bilərlər.

Layihə Meneceri (Manager) – Mirze Data Kids

Mirze Data Kids

Tam Ştat
Menecer

Mirze Data Kids, məktəblilər üçün süni intellekt və data analitika təlimləri layihəsi üçün Layihə Meneceri (Manager) vəzifəsinə namizəd axtarır. Vəzifə öhdəlikləri: Mirze Data Kids layihəsinin ümumi idarə olunması və inkişaf strategiyasının hazırlanması Komandanın (müəllimlər, mentorlar və inzibati heyət) idarə edilməsi və nəzarəti Tədris prosesinə ümumi nəzarət və keyfiyyətin təmin edilməsi Satış prosesinin qurulması və idarə olunması Valideynlərlə və tərəfdaşlarla rəsmi kommunikasiya Marketinq və tanıtım fəaliyyətlərinin koordinasiyası Aylıq plan və hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi Layihənin böyüməsi üçün yeni təşəbbüs və inkişaf istiqamətlərinin formalaşdırılması Tələblər: Layihə idarəçiliyi və ya rəhbər vəzifədə təcrübə Güclü liderlik və komanda idarəetmə bacarığı Strateji düşüncə və qərarvermə qabiliyyəti Satış və inkişaf yönümlü yanaşma Yüksək ünsiyyət və təqdimat bacarığı Məsuliyyətli və nəticəyönümlü yanaşma İş şəraiti: İş saatları: 09:00 – 18:00 Əməkhaqqı: Namizədin bacarıq və təcrübəsinə uyğun olaraq rəqabətcil olacaq və razılaşma yolu ilə qərarlaşdırılacaq. 📩 Maraqlanan namizədlər CV-lərini info@dsa.az elektron ünvanına göndərə bilərlər.