Qiymətləndirmə və təchizat üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
İşin məzmunu
Bu vəzifəni icra edəcək əməkdaşımız təchizatçılarından qiymət təklifləri alıb satış əməkdaşlarımızın sorğularına qiymət təklifləri verəcək. Bəzi hallarda yeni marka vəya məhsul axtarmaq lazım olduğu hallarda yeni təchizatçılar axtarışı etmək də lazım olacaq. Verdiyimiz qiymət təkliflərindən sifarişə çevrilmiş məhsulları isə sifariş edib, Azərbaycana vəya sifariş verilən ölkəyə çatdırılması üçün lazımi daşıma və broker şirkətlərinə yönləndirəcək. Bu işləri görmək üçün isə satdığımız bütün növ İT və elektronika məhsullarının texniki göstəricilərini ya bilməli ya da qısa müddətdə öyrənməli olacaqsınız. (Sizin bunları öyrənməyiniz üçün elektron dərslik və təlimlər tərəfimizdən təşkil olunur).
Tələblər
Güclü şifahi və yazılı korporativ danışıqların aparılması, təqdimat bacarıqları
Dəqiqlik, innovativ düşünmə, operativlik, detallara fikir vermə qabiliyyəti
Məsuliyyətli, nəzakətli, disiplinli, prinsip və dəyərlərə sadiqlik
Analitik düşünmə, təhlil etmə, qərar vermə, planlama və problem həll etmə bacarıqları
Daim öyrənməyə meyilli, paralel olaraq bir neçə tapşırığı idarə etmək bacarığı
Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
Danışıq və yazışma səviyyəsində Azərbaycan və İngilis dili biliyi məcburidir, Rus dili biliyi üstünlükdür
Güclü kompüter istifadəçisi, sürətli çap
MS Office (Word, Excel, Outlook, Power Point, Outlook) bilik və səriştəsi– İşgüzar geyim, səlist nitq və danışıqlar aparma bacarığı
Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
İş təcrübəsi – 1-3 il
Vakansiya üzrə vəzifələr
Yerli və Xarici bazarın araşdırılması, təchizatçı bazasının müntəzəm olaraq yenilənməsi
Təchizatçılardan mütəmadi olaraq yenilənmiş qiymət cədvəllərinin alınması
Təchizatçılardan sorğulara uyğun qiymət təkliflərinin alınması
Təchizatçılardan gələn təkliflərin müqayisəli təhlilini apararaq, rəhbərliyə təqdim edilməsi
Məhsulların və qiymətlərinin ERP sistemə əlavə edilməsi, yenilənməsi
Sifariş olunmazdan əvvəl anbardan olmayan məhsullar üçün qiymətlərin təkrar yoxlanılması
Təsdiqlənmiş məhsulların və xidmətlərin sifarişi, ödənişlərinin icrasının təmin edilməsi
Sifarişlərin statuslarının izlənilməsi, vaxtında çatdırılmasının təşkili və nəzarəti
Daşıma və gömrük prosesini nəzarətdə saxlayaraq, invoice və s. kimi sənədləri aidiyyatı şəxslərə göndərmək
Gömrük rəsmiləşdirilməsi zamanı məhsullar və sənədlərlə bağlı sualların cavablandırılması
Yerli və beynəlxalq satış mütəxəssislərimiz üçün qiymət cədvəlləri hazırlayıb, yeniləmək
Qiymətləndirmə və satınalma üzrə bütün görülmüş işlərin və sənədləşdirmələrin daxili ERP proqramında düzgün, əhatəli şəkildə qeydiyyatı
Təchizatçılardan gələn ödəniş sənədlərinin verilmiş sifarişə uyğunluğunun təsdiqlənib mühasibatlıq şöbəsinə təqdim edilməsi
Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Görülmüş işlər və planlar barədə aylıq və illik hesabatların hazırlanması
İş mühiti
İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00 – 18:00, Şənbə günü (xüsusi hallarda, əlavə ödənişli olaraq)
Əmək haqqı: stabil əmək haqqı + bonus (tələblərə cavab verən namizədin istəyi nəzərə alınır)
Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
Bir aylıq ödənişli sınaq müddəti
Məhsul və xidmətlər haqqında təlimlər
Uyğun namizədlərdən CV-lərini göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11254
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə