Qiymət monitorinqi üzrə mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 5 may 2026

Son Tarix: 14 iyun 2026

Təsvir

Texnohome olaraq elektronika sahəsində qiymət siyasətimizi daha düzgün idarə etmək və bazarda rəqabət qabiliyyətimizi artırmaq üçün komandamıza *Qiymət Monitorinqi üzrə Mütəxəssis*  xanım əməkdaş axtarırıq.

Bu vəzifədə əsas məqsəd bazarda rəqib mağazaların qiymətlərini gündəlik izləmək, dəyişiklikləri vaxtında müəyyən etmək və rəhbərliyə səliqəli hesabat şəklində təqdim etməkdir.

*Əsas vəzifələr:*

* Rəqib mağazaların saytlarında və onlayn satış platformalarında qiymətləri gündəlik yoxlamaq
* Elektronika, telefon, aksesuar və məişət texnikası məhsulları üzrə qiymət dəyişikliklərini izləmək
* Rəqiblərin endirim və kampaniyalarını qeyd etmək
* Qiymət fərqlərini Excel cədvəlində düzgün və səliqəli formada hazırlamaq
* Qiyməti aşağı düşən məhsullar üzrə rəhbərliyə operativ məlumat vermək
* Məhsul adı, model, kod, qiymət və linkləri düzgün şəkildə hesabatda göstərmək
* Gündəlik və həftəlik qiymət monitorinqi hesabatları hazırlamaq

*Namizədə tələblər:*

* Excel proqramından yaxşı istifadə bacarığı
* İnternetdə axtarış və müqayisə etmə bacarığı
* Diqqətli, məsuliyyətli və səliqəli olmaq
* Elektronika məhsullarına marağın olması üstünlükdür
* Məhsul modellərini düzgün ayırd edə bilmək
* Qiymətləri və kampaniyaları diqqətlə izləmək bacarığı
* Azərbaycan və rus dillərində məlumat oxuma bacarığı üstünlükdür

*Biz nə təklif edirik:*

* Elektronika sahəsində inkişaf imkanı
* Stabil iş mühiti
* Komanda ilə işləmək imkanı
* Bazarı öyrənmək və qiymət siyasətində real rol almaq şansı

*İş qrafiki*

Həftə içi 09:00-18:00

Şənbə günü 14:00`a qədər(qısa iş günü)

Bazar günü istirahət günü.

Müraciət üçün qeyd olunan başlıqla cv`ləri hr@texnohome.az ünvanına göndərin.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15969

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə