Qida texnoloqu
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Landau Təhsil Kompleksi Qida Texnoloqu üzrə mütəxəssis vakansiyasını açıq elan edir. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
Texnoloji kartların hazırlanması və yenilənməsi;
Menyuların yaş qruplarına uyğun planlaşdırılması;
Qida dəyəri və kalori hesablamalarının aparılması;
Allergenlərin müəyyən edilməsi və etiketlənməsi;
İstehsalat prosesine gündəlik nəzarət;
Audit və yoxlamalar üçün sənədləşmənin hazırlanması;
İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırılması.
Tələblər
Qida mühəndisliyi/Qida texnologiyası üzrə təhsil;
Qida istehsalı və ya ictimai iaşə sahəsində minimum 3-5 il iş təcrübəsi;
Xammalın qəbulundan hazır məhsulun qablaşdırılmasına qədər bütün mərhələləri analiz etmək prossesi;
Sanitariya və qida təhlükəsizliyi normaları bilmək;
Texnoloji kartların hazırlanması bacarığı;
MS Excel proqramında işləmə bacarığı;
Analitik düşünmə və məsuliyyətlilik;
Komanda ilə işləmə bacarığı;
Məktəb və ya bağça qidalanması sahəsində təcrübə arzuolunandır.
Biz nə təklif edirik:
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Həyat sığortası;
Könüllü tibbi sığorta;
Uşaqlara məktəb endirimləri;
Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Landau Education Group
Education
2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10570
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200