Ana Səhifə
Vakansiyalar

İnsan resursları üzrə aparıcı mütəxəssis (LANDAU School, 9-11 Hazırlıq Məktəbi)

İnsan resursları üzrə aparıcı mütəxəssis (LANDAU School, 9-11 Hazırlıq Məktəbi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 14 aprel 2026

Təsvir

  • İşə qəbul prosesinin həyata keçirilməsi (vakansiyaların tərtib olunması və paylaşılması, CV-lərin nəzərdən keçirilməsi, müsahibələrin keçirilməsi və uyğun namizədlərin seçilməsi);

  • ƏMAS sistemi üzərindən əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam prosesinin həyata keçirilməsi;

  • İşçilərin hazırkı və keçmiş fəaliyyəti ilə bağlı arayışların, məktubların, xasiyyətnamələrin və digər rəsmi sənədlərin hazırlanması;

  • İşçilərə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi;

  • Davamiyyət tabellərinin tərtib olunması və maliyyə departamentinə təqdim edilməsi;

  • Məzuniyyət cədvəlinin hazırlanması, ƏM əsasən rəsmiləşdirilməsi, uçotunun aparılması və müəyyən olunmuş qrafikə uyğun istifadəsinin təmin edilməsi;

  • Vəzifə təlimatlarının hazırlanması və əməkdaşlara təqdim olunması;

  • Təlimlərin təşkil olunması;

  • Team-buildinglərin təşkil olunması;

  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil;

  • Səlis Azərbaycan dili və İngilis dili mütləqdir, Rus dili biliyi isə arzuolunandır;

  • İnsan Resursları sahəsində minimum 3 il, işə qəbul sahəsində minimum 1 il iş təcrübəsi;

  • ƏMAS sistemi və elektron hökumət portalları ilə işləmək bacarığı;

  • Əmək qanunvericiliyi üzrə yüksək bilik və tətbiqetmə bacarığı;

  • Kommunikasiya bacarığı;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Təqdim etdiyimiz iş şərtləri:

  • İş yeri: LANDAU School, Zabitlər parkı;

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • Mütəmadi təlimlər;

  • Professional karyera inkişafı üçün mükəmməl perspektiv;

  • Həyatın yaşam və yığım sığortası;

  • Push30 proqramında 75% endirim;

  • Təhsildə endirilmlər;

  • İş qrafiki: 6 günlük iş rejimi. I-V günlər 09:00-17:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00-14:00 aralığı.

Necə Müraciət Etmək Olar

Landau Education Group

Landau Education Group

Education

2018-ci ildə təsis edilmiş LANDAU Education Group baş ofisi Bakı şəhərində yerləşən, təhsil sahəsində fəaliyyət göstərən aparıcı holdinq şirkətidir. Qrup akademik mükəmməlliyə və şagirdlərin hərtərəfli inkişafına sadiq qalaraq, gələcəyin liderlərinin yetişdirilməsinə yönəlmiş müasir və keyfiyyətli təhsil yanaşmaları tətbiq edir. LANDAU Education Group müxtəlif təhsil müəssisələrindən ibarət geniş portfeli idarə edir. Bu portfelə LANDAU School, Landau PreSchool, Zafar Liseyi, Barama Uşaq Bağçası, Leznik & Co., LION Olimpiada Mərkəzi, 9–11 Hazırlıq Məktəbi və SABAH Məktəbi daxildir. Qrupun bütün təhsil qurumları yüksək nəticələrə və davamlı inkişafa fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10569

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Xaricdə təhsil üzrə texniki koordinator (Leznik&Co.)

Tam Ştat

Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət); Tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini heyata keçirmək; Telegram üzərindən müştəri ilə iş qrupunun yaradılması, gündəlik izlənilməsi və sorğuların gün ərzində cavablandırılması; Tələbənin beynəlxalq imtahanlara qeydiyyatın aparılması; Ərizə qəbulu müddətinə əsasən, universitet portalında tələbə üçün şəxsi hesabın açılması və aktivləşdirilməsi; Ərizə formasının doldurulması və Baş koordinator tərəfindən yoxlanıldıqdan sonra təsdiq edilməsi; Ərizə forması təsdiqindən sonra tələbələrin e-mail və universitet portallarının yoxlanılması; Zəruri hallarda universitetin sorğusuna və qoyduğu müddətə əsasən sənədlərin göndərilməsi; Müvafiq məlumatların tələbənin şəxsi hesablarına daxil edilməsi; Lazımi təqdirdə sənədlərin tərcümə işlərinin və notarial təsdiqin sifarişi; Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək; Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək; Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək; Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq; Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.