Qeydiyyatçı (Hostess)

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

Şirkət Müştəri xidmətləri şöbəsi üzrə “Qeydiyyatçı (Hostess)” vəzifəsinə vakansiya elan edir.

Namizədə dair əsas tələblər:

  • Yaş: 22-dən yuxarı;

  • Təhsil: Ali

  • Cinsi: Qadın;

  • Boy: 165-170;

  • Xoş xarici görkəm;

  • Azərbaycan dili (sərbəst), rus dili (sərbəst) və ingilis dili (orta) səviyyədə bilmək

  • Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Əsas vəzifə və öhdəliklər:

  • Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;

  • Şirkətə daxil olan müştəriləri və qonaqları qarşılamaq;

  • Gələnlərin qeydiyyatını aparmaq;

  • Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq

  • Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;

  • Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə  həmin informasiyanın çatdırılması;

  • Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək

  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;

  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq;

  • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

  • İş qrafiki: 6 günlük növbəli qrafik (09:00-18:00, 11:00-20:00)

  • Karyera yüksəlişi imkanları.

  • Əmək haqqı: 600 AZN

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı (Hostes)”, sözlərini qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Collezione Italia

Collezione Italia

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11509

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Ofis meneceri

Tam Ştat

İş şəraiti: İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir Əməkhaqqı: 600-800 AZN İş yeri: Collezione İtalia İşin Təsviri: Ofisə gələn qonaqların qarşılanması; Telefon zənglərinin cavablandırılması, lazımı məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi; Daxil olan məktubların qəbul edilməsi və aidiyyatı şöbəyə təhvil verilməsi; Daxil olan elektron məktubların, e-maillərin izlənməsi və cavablandırılması; Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları və digər inventar əşyaları ilə təmin edilməsi; Ofis ərazisinin ümumi görünüşünü səliqədə saxlamaq; Layihə və təbdirlərin koordinasiyası və icra prosesinə dəstək verilməsi; Rəhbərliyə və komandaya gündəlik inzibati dəstək. Namizədə Tələblər: 22-35 arası xanım namizəd; Ali təhsil və ya orta ixtisas təhsili; Müvafiq vəzifədə iş təcrübəsi mütləqdir; Səliqəli və təmizkarlığa önəm verən, xoş görünüşlü; Ünsiyyət qurmaq və təşkilat bacarıqlar; Təşəbbüskar və məsuliyyətli; Office proqramları – Word, Excel, yaxşı səviyyədə işləmək bacarığı; Azərbaycan və Rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı. Müraciət qaydası: Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Ofis meneceri” qeyd edərək, göstərilən elektron poçtünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.