QC (keyfiyyətə nəzarət) mühəndisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 24 mart 2026
Təsvir
“Aqualink” MMC
QC (keyfiyyətə nəzarət) Mühəndisi
QC Mühəndisi tikinti layihələri üzrə keyfiyyət təminatı və keyfiyyətə nəzarət proseslərinin hazırlanması, tətbiqi və idarə olunmasına cavabdeh olacaq. Bu vəzifə tətbiq olunan standartlara və normativ tələblərə uyğunluğu təmin etmək məqsədilə keyfiyyət proseslərinin, yoxlamaların, auditlərin icrasını əhatə edir.
Müraciət üçün: CV-nizi hr@aqualink.az elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur.
İş haqqında
● İnşaat mühəndisliyi, tikinti menecmenti və ya müvafiq texniki sahə üzrə bakalavr və ya magistr dərəcəsi
● Tikinti layihələrində (xüsusilə tullantı su şəbəkə və qurğuların tikintisi layihələrində üstünlükdür) QC sahəsində minimum 5–8 il iş təcrübəsi
● ISO 9001 keyfiyyət idarəetmə sistemi, yerli qaydalar və beynəlxalq standartlar üzrə güclü bilik
● Memarlıq, MEP və tam miqyaslı layihələr üzrə keyfiyyətə nəzarət sahəsində praktiki təcrübə
● Subpodratçı və təchizatçıların idarə edilməsi və keyfiyyət tələblərinə uyğunluğun təmin edilməsi bacarığı.
● Güclü ünsiyyət bacarıqları və dizayn, tikinti və layihə komandaları ilə effektiv işləmə qabiliyyəti
● Böyükmiqyaslı və multidisiplinar layihələrdə iş təcrübəsi üstünlükdür
● MS Office, AutoCAD və keyfiyyət idarəetmə sənədləri üzrə proqramlarda işləmək bacarığı.
Tələblər
● Təsdiq olunmuş çertyojlara, texniki spesifikasiyalara, müqavilə tələblərinə və müvafiq standartlara uyğunluğun təmin edilməsi
● Subpodratçıların fəaliyyətinə nəzarət və onların keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
● Beton işləri, memarlıq işləri və MEP (mexaniki, elektrik və santexnika) quraşdırmaları üzrə keyfiyyətə nəzarətin aparılması
● Shop drawing-lərin, material submittal-larının, Method Statementlərin, Yoxlama və ● Sınaq Planlarının (ITP) nəzərdən keçirilməsi və təsdiqi
●Tikinti komandaları ilə koordinasiya, keyfiyyət məsələlərinin həlli və düzgün icranın təmin edilməsi
● Sahədə işlərin keyfiyyətinə nəzarət, düzgün sınaq və istismara qəbul (commissioning) proseslərinin aparılması
● MIR-lər (material inspection request), WIR-lər (Work Inspection Request) , test hesabatları və təsdiqlər daxil olmaqla keyfiyyət qeydlərinin idarə olunması
● Uyğunsuzluqların (NCR) müəyyən edilməsi, qeydiyyatı və düzəldici/preventiv tədbirlərin icrasının təmin edilməsi
● As-built çertyojlarının və keyfiyyətə dair layihə sənədlərinin tamamlanmasına dəstək
● Material, marka və tədarükçülərin təsdiqi prosesində iştirak edərək yüksək keyfiyyət və performansın təmin edilməsi.
Necə Müraciət Etmək Olar
Aqualink MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8324
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə