Ana Səhifə
Vakansiyalar

Qatarların təmiri üzrə təcrübə proqramı

Qatarların təmiri üzrə təcrübə proqramı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 11 yanvar 2026

Son Tarix: 6 fevral 2026

Təsvir

Bakı Metropoliteni Qatarların təmiri üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

Bakı Metropolitenində qatar sistemlərinin öyrənilməsi sahəsində praktiki bilik və bacarıqlar əldə etmək, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

  • Təcrübə dövründə aylıq əməkhaqqı

  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı

  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Biz kimləri axtarırıq?

  • Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər

  • Təhsili elektrik mühəndisi, avtomatika və idarəetmə, mexanika və texnoloji maşınlar üzrə olan məzunlar

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı

  • Ətraflı müsahibə

  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?

  • Metropolitendən ödənişsiz istifadə

  • Nahar (güzəştli)

Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5417 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Bakı Metropoliteni

Bakı Metropoliteni

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4539

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İnsan resursları departamenti – Təşkilati inkişaf şöbəsi / Mütəxəssis

Tam Ştat

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan Resursları Departamentinin / Təşkilati İnkişaf şöbəsinə mütəxəssis axtarırıq! Bu vəzifə üzrə seçiləcək namizəd Bakı Metropolitenində təşkilati dizaynın formalaşdırılması, struktur bölmələrinin optimallaşdırılması, proseslərin səmərəliliyinin artırılması və əməyin normallaşdırılması istiqamətlərində əsas rol oynayacaq. Namizəd mövcud təşkilati strukturların və iş proseslərinin təhlilində, onların müasir idarəetmə yanaşmalarına uyğun təkmilləşdirilməsində, insan resurslarından daha effektiv istifadə olunmasının təmin edilməsində və strateji hədəflərə uyğun təşkilati dəyişikliklərin həyata keçirilməsində aktiv iştirak edəcək. Eyni zamanda, namizəd struktur və ştat dəyişikliklərinin əsaslandırılması, vəzifə və peşələr üzrə funksional bölgünün aparılması, kvalifikasiya və səriştə modellərinin hazırlanması, həmçinin əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və tətbiqi proseslərinə töhfə verəcək, bu sahədə aidiyyəti struktur bölmələri ilə sıx əməkdaşlıq edərək rəhbərliyin qərarvermə proseslərini analitik məlumatlarla dəstəkləyəcək. Sizi hansı öhdəliklər gözləyir? Təşkilati strukturun strateji hədəflərə uyğun formalaşdırılması və təkmilləşdirilməsində iştirak Funksional bölgünün, səlahiyyət və məsuliyyətlərin optimallaşdırılmasında iştirak Biznes proseslərinin təhlili, xəritələndirilməsi və optimallaşdırılmasında dəstək Təşkilati dəyişikliklər zamanı struktur bölmələrinə metodoloji dəstək Ştat cədvəllərinin tərtibi, təhlili və dəyişikliklərin aparılması HR analitika, dashboard və hesabatların hazırlanmasında dəstək Əsas səmərəlilik göstəricilərinin (ƏSG) hazırlanması və tətbiqi Aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq və analitik təqdimatların hazırlanması Namizədlərdən tələblərimiz Təhsil və təcrübə Ali təhsil (İqtisadiyyat, Menecment, İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, Dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə) Təşkilati inkişaf, strukturlaşdırma, əməyin normallaşdırılması, HR analitika və ya oxşar sahələrdə minimum 2 il iş təcrübəsi Peşəkar bilik və bacarıqlar Təşkilati dizayn, proseslərin təhlili və optimallaşdırılması üzrə nəzəri və praktiki biliklər İş analizi, vəzifə təlimatlarının hazırlanması və kvalifikasiya tələblərinin formalaşdırılması üzrə təcrübə Ştat cədvəllərinin hazırlanması, əsaslandırılması və dəyişikliklərin idarə olunması bacarığı Əsas səmərəlilik göstəriciləri (ƏSG/KPI) sistemlərinin qurulması və tətbiqi üzrə biliklər Normativ-hüquqi aktlar, əmək qanunvericiliyi və aidiyyəti metodoloji sənədlərlə işləmə bacarığı HR analitika, hesabatlılıq və dashboardların hazırlanması üzrə təcrübə Texniki bacarıqlar MS Excel MS Power BI – HR analitika, dashboard və vizuallaşdırmaların hazırlanması Proses xəritələndirmə alətləri (Visio, Draw.io və s.) ilə işləmə bacarığı Şəxsi və davranış səriştələri Analitik və sistemli düşünmə bacarığı Detallara diqqət və yüksək məsuliyyət hissi Güclü ünsiyyət, təqdimat və əsaslandırma bacarıqları Komandada işləməklə yanaşı, müstəqil qərarvermə qabiliyyəti Üstünlük hesab olunur Böyük təşkilatlarda (xüsusilə dövlət və ya strateji əhəmiyyətli müəssisələrdə) iş təcrübəsi üstünlükdür Təşkilati transformasiya və restrukturizasiya layihələrində iştirak Əməyin normallaşdırılması və iş yükünün ölçülməsi üzrə təcrübə HR rəqəmsallaşdırılması və avtomatlaşdırma layihələrində iştirak Beynəlxalq sertifikatlar (CIPD, SHRM və s.) Metropoliten sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5425 müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!

İşarəvermə və rabitə üzrə təcrübə proqramı

Tam Ştat

Bakı Metropoliteni İşarəvermə və rabitə üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq! Qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsi sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik! Proqram sizə nə qazandıracaq? 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi Təcrübə dövründə aylıq əməkhaqqı Təcrübənin sonunda davamlı işə qəbul imkanı Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı Biz kimləri axtarırıq? Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər Təhsili avtomatlaşdırma, avtomatika və idarəetmə, elektronika, telekommunikasiya, radiotexnika, energetika və dəmiryol rabitəsi sahələri üzrə olan məzunlar. Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı Ətraflı müsahibə Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər Metropoliten sizə nə vəd edir? Metropolitendən ödənişsiz istifadə Nahar (güzəştli) Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə  https://hr.metro.gov.az/vacancy/5411 müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!