İnsan resursları departamenti – Təşkilati inkişaf şöbəsi / Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 7 fevral 2026
Təsvir
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan Resursları Departamentinin / Təşkilati İnkişaf şöbəsinə mütəxəssis axtarırıq!
Bu vəzifə üzrə seçiləcək namizəd Bakı Metropolitenində təşkilati dizaynın formalaşdırılması, struktur bölmələrinin optimallaşdırılması, proseslərin səmərəliliyinin artırılması və əməyin normallaşdırılması istiqamətlərində əsas rol oynayacaq. Namizəd mövcud təşkilati strukturların və iş proseslərinin təhlilində, onların müasir idarəetmə yanaşmalarına uyğun təkmilləşdirilməsində, insan resurslarından daha effektiv istifadə olunmasının təmin edilməsində və strateji hədəflərə uyğun təşkilati dəyişikliklərin həyata keçirilməsində aktiv iştirak edəcək.
Eyni zamanda, namizəd struktur və ştat dəyişikliklərinin əsaslandırılması, vəzifə və peşələr üzrə funksional bölgünün aparılması, kvalifikasiya və səriştə modellərinin hazırlanması, həmçinin əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və tətbiqi proseslərinə töhfə verəcək, bu sahədə aidiyyəti struktur bölmələri ilə sıx əməkdaşlıq edərək rəhbərliyin qərarvermə proseslərini analitik məlumatlarla dəstəkləyəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Təşkilati strukturun strateji hədəflərə uyğun formalaşdırılması və təkmilləşdirilməsində iştirak
Funksional bölgünün, səlahiyyət və məsuliyyətlərin optimallaşdırılmasında iştirak
Biznes proseslərinin təhlili, xəritələndirilməsi və optimallaşdırılmasında dəstək
Təşkilati dəyişikliklər zamanı struktur bölmələrinə metodoloji dəstək
Ştat cədvəllərinin tərtibi, təhlili və dəyişikliklərin aparılması
HR analitika, dashboard və hesabatların hazırlanmasında dəstək
Əsas səmərəlilik göstəricilərinin (ƏSG) hazırlanması və tətbiqi
Aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq və analitik təqdimatların hazırlanması
Namizədlərdən tələblərimiz
Təhsil və təcrübə
Ali təhsil (İqtisadiyyat, Menecment, İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, Dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə)
Təşkilati inkişaf, strukturlaşdırma, əməyin normallaşdırılması, HR analitika və ya oxşar sahələrdə minimum 2 il iş təcrübəsi
Peşəkar bilik və bacarıqlar
Təşkilati dizayn, proseslərin təhlili və optimallaşdırılması üzrə nəzəri və praktiki biliklər
İş analizi, vəzifə təlimatlarının hazırlanması və kvalifikasiya tələblərinin formalaşdırılması üzrə təcrübə
Ştat cədvəllərinin hazırlanması, əsaslandırılması və dəyişikliklərin idarə olunması bacarığı
Əsas səmərəlilik göstəriciləri (ƏSG/KPI) sistemlərinin qurulması və tətbiqi üzrə biliklər
Normativ-hüquqi aktlar, əmək qanunvericiliyi və aidiyyəti metodoloji sənədlərlə işləmə bacarığı
HR analitika, hesabatlılıq və dashboardların hazırlanması üzrə təcrübə
Texniki bacarıqlar
MS Excel
MS Power BI – HR analitika, dashboard və vizuallaşdırmaların hazırlanması
Proses xəritələndirmə alətləri (Visio, Draw.io və s.) ilə işləmə bacarığı
Şəxsi və davranış səriştələri
Analitik və sistemli düşünmə bacarığı
Detallara diqqət və yüksək məsuliyyət hissi
Güclü ünsiyyət, təqdimat və əsaslandırma bacarıqları
Komandada işləməklə yanaşı, müstəqil qərarvermə qabiliyyəti
Üstünlük hesab olunur
Böyük təşkilatlarda (xüsusilə dövlət və ya strateji əhəmiyyətli müəssisələrdə) iş təcrübəsi üstünlükdür
Təşkilati transformasiya və restrukturizasiya layihələrində iştirak
Əməyin normallaşdırılması və iş yükünün ölçülməsi üzrə təcrübə
HR rəqəmsallaşdırılması və avtomatlaşdırma layihələrində iştirak
Beynəlxalq sertifikatlar (CIPD, SHRM və s.)
Metropoliten sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5425 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Bakı Metropoliteni
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4537
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə