Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
İT mütəxəssisi / məsləhətçi (support, helpdesk və s.)

Pul vəsaitlərinin idarə edilməsi üzrə mütəxəssis / Korporativ Bankçılıq Departamenti

Pul vəsaitlərinin idarə edilməsi üzrə mütəxəssis / Korporativ Bankçılıq Departamenti

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 2 iyun 2026

Təsvir

  • Korporativ müştərilərin gündəlik pul axınlarının idarə olunması, monitorinqi və təhlili;

  • Müştərilərin əməliyyat ehtiyaclarına uyğun qeyri-kredit məhsullar üzrə məsləhətlərin verilməsi və fərdi həllərin hazırlanaraq tətbiq edilməsi

  • Aşkarlanmış tendensiyalar və risklər barədə mütəmadi olaraq müştəri menecerlərinə məlumat verilməsi;

  • Müştərilərin hesab aktivliyinin artırılması və xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi üçün təkliflərin hazırlanması ;

  • Müştərilərin pul axınlarında yaranan kəsirlərin (cash gap) müəyyən edilməsi və qısa müddətli maliyyələşmə alətlərinə (overdraft, qısamüddətli kreditlər və s.) potensial ehtiyacın təhlili;

  • Valyuta risklərinin və digər maliyyə risklərinin müəyyən edilməsi, müvafiq hedcinq (hedging) alətləri üzrə təkliflərin hazırlanması;

  • Müştərilərin müqavilə öhdəliklərinə və maliyyə kovenantlarına riayət etməsinin monitorinqi;

  • Ödəniş sistemlərinin (daxili və beynəlxalq köçürmələr, SWIFT və s.) effektiv istifadəsinin təmin edilməsi;

  • Müştərilərin hesabları üzrə dövriyyələrin təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi;

  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi;

  • Zəruri hesabatların hazırlanması.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr);

  • Bank sektorunda, xüsusilə əməliyyatlar, hesablar və ya ödənişlər sahəsində minimum 1–3 il iş təcrübəsi (müştəri xidməti və ya korporativ müştərilərlə iş təcrübəsi üstünlük hesab olunur);

  • Ödəniş sistemləri (yerli və beynəlxalq köçürmələr, SWIFT və s.) haqqında anlayış;

  • Maliyyə təhlili və müştəri davranışlarının analizi üzrə əsas biliklər;

  • AMLvə daxili nəzarət prosedurları barədə ümumi məlumat;

  • Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;

  • Hesab dövriyyələrinin təhlili və hesabatların hazırlanması sahəsində praktiki təcrübə;

  • Yüksək ünsiyyət və təqdimat bacarıqları, detallara diqqət və məsuliyyətlilik;

  • Rus dili və ingilis dilli biliyi  arzuolunandır.

Necə Müraciət Etmək Olar

Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Finance

Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17397

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya