Ana Səhifə
Vakansiyalar

Protokol işi üzrə mütəxəssis

Protokol işi üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

**“Protokol işi üzrə mütəxəssis”**vakansiyası üzrə işçi axtarışı elan edilir!

Vəzifə öhdəlikləri:

  • Rəsmi tədbirlərdə dövlət və korporativ protokol qaydalarına riayət etmək;

  • Salamlaşma, təqdimetmə və müraciət formalarını düzgün tətbiq etmək;

  • Rütbə və vəzifə üstünlüyünə (prioritetə) uyğun davranış qaydalarını təmin etmək;

  • Rəsmi tədbirlərdə (masa, zal, nəqliyyat vasitəsi və s.) oturma planını hazırlamaq və tətbiq etmək;

  • Dövlət və beynəlxalq tədbirlərdə bayraqların düzgün yerləşdirilməsini təmin etmək;

  • Rəsmi delegasiyaların yerləşdirilməsini protokola uyğun təşkil etmək;

  • Rəsmi görüşlərin, konfransların və qəbul mərasimlərinin təşkilini həyata keçirmək;

  • Tədbirlərin proqramını və ssenarisini hazırlamaq;

  • Tədbir vaxtının düzgün planlanmasını və idarə olunmasını təmin etmək;

  • Rəsmi və nəzakətli ünsiyyət qaydalarına riayət etmək;

  • Çətin və həssas situasiyaları diplomatik və sakit şəkildə həll etmək;

  • Xarici qonaqlarla mədəni fərqləri nəzərə alaraq peşəkar ünsiyyət qurmaq;

  • Dəvət məktublarının və rəsmi çağırışların hazırlanmasını təmin etmək;

  • Rəsmi yazışmaları (e-mail, məktub və s.) düzgün formatda tərtib etmək;

  • Protokol siyahıları, iştirakçı siyahıları və tədbir planlarını hazırlamaq;

  • Rəsmi və korporativ geyim qaydalarına riayət etmək.

Tələblər

  • Ali təhsil (idarəetmə, beynəlxalq münasibətlər  və ya oxşar sahələr üzrə üstünlükdür);

  • Minimum 1–3 il protokol, rəsmi tədbir təşkili və ya inzibati sahədə iş təcrübəsi;

  • MS Office proqramları (Word, Excel, PowerPoint) üzrə bilik;

  • İngilis dili (orta səviyyə), rus dili arzuolunandır.

  • Protokol qaydaları, rəsmi yazışmalar, tədbir təşkili və iş planlama bacarıqları;

  • Protokol, etiket və ya tədbir təşkilatçılığı üzrə sertifikatlar arzuolunandır;

  • Məsuliyyətli, diqqətli, ünsiyyətcil, səliqəli və stresə davamlı olmaq;

  • Ünsiyyət bacarığı, məsuliyyətlilik, diqqət və operativlik.

İşrejimi:

  • 5 günlük iş qrafiki, saat 09:00–18:00.

  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

CV-lərinizi mövzu hissəsində **“Protokol işi üzrə mütəxəssis”**yazaraq qeyd edilən elektron poçt ünvanına göndərin.

Necə Müraciət Etmək Olar

Aqrar Tədarük və Təchizat

Aqrar Tədarük və Təchizat

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17581

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Hüquq şöbəsinin müdiri

Tam Ştat

**“Hüquq şöbəsinin müdiri”**vakansiyası üzrə işçi axtarışı elan edilir! Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Vəzifə öhdəlikləri Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili və hüquqi risklərin idarə olunması; Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi müşayiətin təmin edilməsi; Korporativ, satınalma, xidmət, əməkdaşlıq, məxfilik, tərəfdaşlıq və digər müqavilələrin, memorandumların, əmrlərin, qərar layihələrinin, daxili normativ və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib olunması, hüquqi təhlili, ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət edilməsi; Müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi və risklərin minimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması; Normativ hüquqi aktların təhlili və tətbiqi ilə bağlı hüquqi araşdırmaların aparılması; Hüquqi rəylərin və prosessual sənədlərin hazırlanması; Dövlət qurumlarından, özəl şirkətlərdən daxil olan sorğuların və məktubların cavablandırılması; Struktur bölmələrə hüquqi məsləhət və metodoloji dəstəyin göstərilməsi; Hüquq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların fəaliyyətinə nəzarət və iş bölgüsünün təşkili; Qanunvericilikdə edilən dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə tətbiqinin təmin edilməsi; Daxili prosedur, əsasnamə və qaydaların hazırlanması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi; Korporativ idarəetmə prinsiplərinin tətbiqinə hüquqi dəstəyin göstərilməsi; Hüquqi hesabatların və rəhbərlik üçün analitik arayışların hazırlanması.