Proseslərə nəzarət üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Təyin edilmiş mağazalarda bakery proseslərinin standartlara uyğun icrasına nəzarət
Yeni açılan mağazalarda bakery avadanlıqlarının tam və düzgün quraşdırılmasının təmin edilməsi
Avadanlıqların işə salınması və istifadəyə verilməsi proseslərində operativ dəstək
Təchizat və xammal gecikmələri zamanı mağazalara yerində dəstək və koordinasiya
Rutdan kənar çatdırılma ilə bağlı mağaza müraciətlərinin toplanması və əlaqələndirilməsi
Mağaza əməkdaşları üçün proseslər üzrə yerində və praktiki təlimlərin keçirilməsi
Yeni başlayan əməkdaşların proseslərə adaptasiyasına dəstək
Mağazalarda mütəmadi sahə yoxlanışlarının aparılması
Proses pozuntularının aşkar edilməsi və yerində korrektiv tədbirlərin görülməsi
Satışı zəif olan mağazaların müəyyən edilməsi və xüsusi təqib tədbirlərinin həyata keçirilməsi
Satışın artırılması və silinmələrin azaldılması üzrə sahə səviyyəsində təkliflərin verilməsi
Promotorların fəaliyyətinə operativ nəzarət və koordinasiya
Görülmüş işlər və sahə nəticələri üzrə hesabatların hazırlanması
Tələblər
Ali təhsil
Minimum 1 il iş təcrübəsi (Pərakəndə, bakery, food retail və ya əməliyyat sahəsində təcrübə üstünlükdür)
Sahə işi və mağaza mühiti ilə işləmək təcrübəsi
Bakery prosesləri və əməliyyat standartları üzrə bilik
Avadanlıqların istismarı ilə bağlı əsas anlayışlar
Təlim keçirmə və sahədə izah etmə bacarığı
Problemlərin operativ həlli və koordinasiya bacarığı
Hesabat hazırlama və müşahidə aparma bacarığı
Avtomobil (Mütləq)
İş qrafiki: 5 gün, 09:00-18:00
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11545
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+