idxal mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Xarici təchizatçılardan məhsulların idxal prosesini tam şəkildə idarə etmək və mağaza şəbəkəsinin tələbatına uyğun olaraq sifariş planlamasını həyata keçirmək.
Gömrük brokeri və logistika tərəfdaşları ilə koordinasiya edərək məhsulların vaxtında və problemsiz şəkildə ölkəyə gətirilməsini təmin etmək.
Xarici təchizatçılarla qiymət, çatdırılma müddəti və öhdəliklər üzrə danışıqlar aparmaq.
İdxal sənədlərini (Invoice, Packing List, CMR/BL, sertifikatlar) düzgünlüyünə görə yoxlamaq və prosesi nəzarətdə saxlamaq.
Anbar stoklarının gündəlik monitorinqi, satış sürətinə uyğun stok optimizasiyası və kritik SKU-ların vaxtında yeniləmək.
Məhsulların son istifadə tarixlərini izləmək, riski olan SKU-lar üzrə satış və kateqoriya komandaları ilə birlikdə endirimç kampaniya və sürətli satış tədbirlərini planlamaq.
Mağazalarda çeşid mövcudluğunun (availability) təmin edilməsi üçün stok idarəetmə və satış departamentləri ilə sıx əməkdaşlıq etmək.
İdxal olunan bütün məhsulların keyfiyyət, markirovka və sertifikat tələblərinə uyğunluğunu təmin etmək.
Logistika gecikmələri, sənəd uyğunsuzluğu və çatışmazlıqlar kimi əməliyyat problemlərinin operativ həll etmək.
Tələblər
Təhsil : Ali
Təcrübə : Minumum 1 il ( idxal üzrə arzu olunandı)
Rus dili üzrə iş səviyyəsində bilik mütləqdir (İngilis dili arzuolunandır)
MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı.
İdxal prosedurları/əməliyyatları prosesləri üzrə bilik.
FMCG və ya retail sahəsində təcrübə üstünlükdür
Tədarükçülərlə yazışma və danışıqlar aparmaq bacarığı.
Detallara diqqət, analitik düşüncə, vaxtında hesabat vermə
Sürətli tempdə kəndər mühitində işləmək qabiliyyəti
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11543
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+