Proseslere nezaret uzre aparici mutexessis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Təyin edilmiş mağazalarda bakery proseslərinin şirkət standartlarına və əməliyyat qaydalarına uyğun icrasına nəzarət etmək
Yeni açılan mağazalarda bakery avadanlıqlarının tam, düzgün və vaxtında quraşdırılmasını təmin etmək
Avadanlıqların işə salınması və istifadəyə verilməsi proseslərində operativ texniki və əməliyyat dəstəyi göstərmək
Təchizat və xammal gecikmələri zamanı mağazalarla koordinasiyanı təmin etmək və yerində operativ həllər təqdim etmək
Mağaza əməkdaşları üçün bakery prosesləri üzrə praktiki və nəzəri təlimlər keçirmək
Yeni işə başlayan əməkdaşların proseslərə adaptasiyasına dəstək göstərmək və ilkin yönləndirməni təmin etmək
Mağazalarda mütəmadi sahə yoxlanışları aparmaq və proseslərin effektivliyini qiymətləndirmək
Aşkarlanmış proses uyğunsuzluqları üzrə korrektiv tədbirlər həyata keçirmək və icrasına nəzarət etmək
Satış göstəriciləri zəif olan mağazaları müəyyən etmək, səbəbləri analiz etmək və inkişaf tədbirləri hazırlamaq
Satışların artırılması və məhsul silinmələrinin minimuma endirilməsi istiqamətində təkliflər vermək
Promotorların gündəlik fəaliyyətinə nəzarət etmək və iş koordinasiyasını təmin etmək
Görülmüş işlər, sahə yoxlanışları və nəticələr üzrə mütəmadi hesabatlar hazırlamaq
Bakery sahəsində əməliyyat keyfiyyətinin davamlı inkişafı üçün təşəbbüslərlə çıxış etmək
Tələblər
Ali təhsil (Qida təhlükəsizliyi və texnologiyası,Biznesin idarəedilməsi,Menecment olması üstünlük)
Pərakəndə satış, bakery, food retail və ya əməliyyat sahəsində minimum 2–3 il iş təcrübəsi
Bakery prosesləri, istehsal axını və əməliyyat standartları üzrə praktiki biliklər
Mağaza əməliyyatları və sahə idarəetməsi üzrə təcrübə
Analitik düşünmə, hesabat hazırlama və nəticəyönümlü analiz bacarığı
Əməliyyat proseslərində yaranan problemləri operativ şəkildə həll etmə və koordinasiya etmə bacarığı
Təlim keçirmək, prosesləri izah etmək və əməkdaşların inkişafına dəstək göstərmək bacarığı
Sahə yoxlanışları aparmaq və proseslərə nəzarət etmək üzrə təcrübə
Yüksək kommunikasiya, komanda ilə işləmə və təşkilatçılıq bacarığı
Məsuliyyətli, çevik və sahə yönümlü iş prinsipi
Satış göstəricilərinin təhlili və inkişaf imkanlarının müəyyənləşdirilməsi üzrə bacarıq üstünlük hesab olunur
Şəxsi avtomobilin olması üstünlükdür
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16354
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+