Product Manager

Bakı

Tam Ştat

Menecer

1.300 - 2.000 AZN

Yerləşdirilib 15 aprel 2026

Son Tarix: 13 may 2026

Təsvir

Product Manager
Şirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı /
Yaş aralığı: 25 – 45 
İş rejimi: Tam ştat

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.

Bu çərçivədə komandamıza Product Manager axtarırıq.

Vəzifənin məqsədi
Medical & Strategic Product Manager şirkətin məhsul portfelinin elmi, strateji və kommersiya inkişafını idarə edən əsas funksional roldur. Vəzifənin məqsədi məhsulların həkim və aptek kanalında düzgün mövqeləndirilməsi, bazar payının artırılması, elmi kontentin idarə edilməsi və satış komandalarının strateji dəstəklənməsidir.

Təklif etdiklərimiz
1.1300 – 2000 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
2.Premya sistemi
3.Benzin kartı (Avtomobili varsa)
4.Davamlı təlim və inkişaf imkanları
5.Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün DEYİL
1.Yalnız operativ satış və ya sahə fəaliyyəti ilə məşğul olmaq istəyənlər
2.Analitik və strateji düşünmə bacarığı zəif olan namizədlər
3.Elmi kontent və medical marketing fəaliyyəti ilə işləmək istəməyənlər

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

İş haqqında

Təhsil (aidiyyatlı ixtisaslar):
Tibb, Əczaçılıq, Biologiya, Kimya, əlaqəli sahələr üzrə ali təhsil.
1.Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və psixoloji cəhətdən hazır.
2.Təcrübəli namizədlər: Product management, medical marketing və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
3.OTC, BAQM və ya dərman sektorunda təcrübə üstünlükdür

Peşəkar bacarıqlar:
1.Analitik və strateji düşünmə qabiliyyəti
2.Elmi məlumatlarla işləmə və interpretasiya bacarığı
3.Təqdimat və elmi kommunikasiya bacarığı
4.Layihə və portfel idarəetmə bacarığı
5.Komanda koordinasiyası və liderlik bacarıqları
6.MS Office və analitik alətlərlə işləmə bacarığı
7.İngilis dili biliyi üstünlükdür

Tələblər

Strateji məhsul və portfel idarəçiliyi
1.Məhsul portfeli üzrə illik strateji və marketinq planlarının hazırlanması
2.Məhsulların həyat dövrü analizinin aparılması və inkişaf strategiyalarının qurulması
3.Məhsulların prioritetləşdirilməsi və portfel optimizasiyası

Medical marketing və elmi fəaliyyətlər
1.Məhsullar üzrə elmi kontentin hazırlanması və idarə olunması
2.Klinik tədqiqatların və elmi məlumatların təhlili
3.Həkim seqmentasiyası və elmi kommunikasiya strategiyasının qurulması
4.Seminar və konfrans fəaliyyətlərinin koordinasiyası

Bazar analitikası və məhsul inkişafı
1.Bazar ölçüsü, artım potensialı və rəqib strategiyalarının təhlili
2.Yeni məhsullar üzrə bazar və elmi analizlərin aparılması
3.Məhsul lansman strategiyalarının hazırlanması və performansın monitorinqi

Satış və daxili koordinasiya
1.Satış komandası üçün strateji təqdimat və satış planlarının hazırlanması
2.Məhsullar üzrə qiymət və rentabellik analizlərinin aparılması
3.Satış, marketinq, ruhsatlandırma və istehsalçı tərəfdaşlarla koordinasiya
4.Məhsul performansı üzrə hesabatların hazırlanması

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14110

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Trade Marketinq Meneceri

Tam Ştat

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir. Vəzifənin məqsədi Aptek kanalında brendin görünürlüğünü, satış sürətini və kateqoriya inkişafını artırmaq üçün ticarət marketinq strategiyalarının hazırlanması və icrasını idarə etmək. Trade Marketinq Meneceri məhsul strategiyasını aptek satış sisteminə çevirərək satış komandası üçün effektiv satış alətləri və aptek proqramları yaradır. Əsas vəzifələr Aptek kanalı strategiyasının hazırlanması Aptek kanalı üçün ticarət marketinq strategiyasının hazırlanması Aptek satış mexanizmlərinin qurulmasında iştirak OTC komandasına satışa yönəlik medikal təlimlərin keçirilməsi Aptek daxilində əczaçı təlimləri Kateqoriya inkişafı və satış artımı üçün planların hazırlanması Mövsümi satış kampaniyalarının planlanması Aptek görünürlük strategiyası Aptek daxilində brend görünürlüğünü artıran POS materialların hazırlanması və planlanması Rəf yerləşmə strategiyasının hazırlanması Aptek display və stend layihələrinin hazırlanması Aptek daxilində brend kommunikasiya alətlərinin hazırlanması Aptek kampaniyalarının hazırlanması Aptek satışını stimullaşdıran kampaniyaların hazırlanması Əczaçı yönümlü motivasiya proqramlarının hazırlanması Mövsümi promo və satış aksiyalarının hazırlanması Kampaniyaların satış nəticələrinin analiz edilməsi Satış komandası ilə koordinasiya Field Force Manager və OTC satış komandası ilə sıx əməkdaşlıq Satış komandası üçün satış alətlərinin hazırlanması Sahədən gələn məlumatların analiz edilməsi Aptek satışlarını artıran yeni satış mexanizmlərinin hazırlanması Bazar və rəqib analizi Aptek bazarının və kateqoriya inkişafının analizi Rəqib brendlərin aptek fəaliyyətlərinin izlənməsi Aptek satış məlumatlarının analizi Bazar imkanlarının müəyyən olunması

Videoqraf

Tam Ştat

Videoqraf 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir. Orzax şirkəti üçün kreativ və məsuliyyətli Videoqraf axtarırıq. Üstünlüklər: Qida əlavələri və ya tibbi sahədə təcrübə Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı Motion design və ya basic animasiya bilikləri Təklif edirik: Əmək haqqı 700-900 AZN Kreativ və dinamik iş mühiti Peşəkar inkişaf imkanları Müasir avadanlıqlarla işləmək imkanı İş günləri I-V, 09.00 dan-18.00 dək Müraciət: CV və portfolionuzu (video işləriniz) aşağıdakı ünvana göndərə bilərsiniz: hr@orzax.az İş haqqında Video çəkilişi və montaj sahəsində minimum 1-2 il təcrübə Kamera, işıq və səs avadanlıqları ilə işləmə bacarığı Adobe Premiere Pro, After Effects və ya digər montaj proqramlarında işləmək bacarığı Kreativ düşüncə və vizual zövq Komanda ilə işləmə və vaxtın düzgün idarə olunması bacarığı Səyyar çəkilişlər üçün hazır olmaq.

Bakı

Aptek satış nümayəndəsi

Tam Ştat

Şirkət: Orzax / BioHerbalBaku İş yeri: Bakı / Yaş aralığı: 25 - 40 İş rejimi: Tam ştat (sahə işi) 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır.Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Aptek Satış Nümayəndəsi axtarırıq. Vəzifənin məqsədi: Aptek Satış Nümayəndəsi Orzax məhsullarının apteklərdə mövcudluğunu, rəf üzərində düzgün təqdimatını və satışını təmin edən sahə əməkdaşıdır. Bu vəzifə yalnız apteklərlə işləyir və satış strategiyasının sahədə birbaşa icraçısıdır. 700 – 1100 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premya sistemi Yemək kartı Benzin kartı Geyim dəstəyi Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Müraciət qaydası: mövzu hissəsində vakansiya adını qeyd edərək hr@orzax.az elektron email ünvanına göndərin. İş haqqında Təhsil: Minimum orta ixtisas təhsili tələb olunur, ali təhsil üstünlük hesab edilir. Təcrübəli namizədlər: minimum 2 il OTC  sahəsində təcrübə Digər tələblər: Apteklərlə effektiv və nəticə yönümlü kommunikasiya bacarığı Səyyar iş rejiminə uyğunluq Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür.

Bakı