Prodakşn koordinator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 8 fevral 2026
Təsvir
‘Prime Agency’ şirkəti olaraq şirkətimizin tədbirlər və prodakşn şöbəsi üçün “Prodakşn koordinator” axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Şirkətin əməkdaşlıq etdiyi şirkət nümayəndələri, müştərilərlə əlaqənin qurulması;
Prodakşn, reklam və ya şirkətin buna bənzər xidmətlər istiqamətində sifarişlərin qeydə alınmasını həyata keçirmək;
Texniki komanda ilə işlərin planlaşdırılması;
Montaj, demontaj proseslərində koordinasiya etməli;
Büdcələmə prosesində yaxından iştirak etməli;
İşlərin keyfiyyətli şəkildə, zamanında, razılaşdırılan tələblərə əsasən təhvil-təslimini təmin etməlidir;
İcra olunan işlərin əvvəlcədən razılaşdırılmış texniki şərtlərə uyğun olub-olmadığını yoxlamaq;
Görülmüş işin müştəriyə təhvil verilməsində və yekun razılığın əldə olunmasında yaxından iştirak etmək;
Layihə ilə əlaqədar şəxslərin, komandaların siyahısını formalaşdırmaq və icazələrin alınmasını təmin etmək;
Layihənin gedişatına və tələblərinə əsasən layihə və tədbirlər ilə bağlı əlavə lazımi işlərin görülməsi;
Müştəri ilə onlayn və ya oflayn formatda görüşlərdə iştirak edərək müştəri gözləntilərini müəyyənləşdirmək;
Fəaliyyətinə uyğun olaraq üst rəhbərinə aylıq hesabatlar təqdim etməli.
Namizədə dair tələblər:
Ali təhsilli (Orta texniki təhsili də ola bilər);
Reklam quraşdırılması, istehsalat kimi sahələr minimum 3 illik təcrübəyə sahib olmalı;
Ofis proqramlarında (Xüsusilə, PowerPoint, excel) yaxşı səviyyədə işləmə bacarığı;
Verilən tapşırıqlar əsasında araşdırmalar etməyi yaxşı bacarmalı;
Ünsiyyətcil, operativ, təşəbbüskar, komanda ruhlu olması;
Koordinasiya etmə, məsuliyyət və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
İdarəetmə və zamanlama bacarıqları olmalı;
Yarana biləcək olan problemlər barədə yerində qərarvermə və həll etmə bacarığı;
Səlis Azərbaycan və rus dili biliyi (Müştərilərimizin xarici ölkə vətəndaşları olduğu üçün bu tələb önəmlidir);
Ölkə daxilində ezam getmək kimi məqamları nəzərə almalıdır.
Əlavə məlumat:
Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
İş saatları işin yükünə və işin prinsipinə əsasən uyğunlaşdırılır;
Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.
Maraqlanan namizədlərin cv-lərini “Prodakşn koordinator” başlığı altında göstərilən email ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Prime Agency
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4318
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə