Problemli kreditlər üzrə müfəttiş
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 24 may 2026
Təsvir
Problemli kredit portfellərinə nəzarətin həyata keçirilməsi;
Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Gecikmədə olan müştərilərlə bilavasitə ünsiyyətin qurulması və kompleks tədbirlərin həyata keçirilməsi;
Kredit ödənişlərinin həyata keçirilməsinin təmin edilməsi.
İş şəraiti:
İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü.
İş yeri: 20 yanvar metrosu yaxınlığı
Tələblər
Ali təhsil (hüquq təhsilinin olması üstünlükdür);
Problemli kreditlər sahəsində iş təcrübəsi arzuolunandır;
Tələbkarlıq, obyektivlik, məsuliyyətlilik və aktivlik;
Məqsədyönlülük və nəticəyə fokuslanma bacarığı;
Komandada işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17088
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+