Sənədləşmə üzrə inzibatçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Korporativ satış üzrə müştəri borclarının gündəlik izlənilməsi, gecikmələrin təhlil edilməsi və debitor borcların yığılması istiqamətində müştərilərlə kommunikasiya aparılması;
Müştərilər tərəfindən təqdim olunan ləğv və düzəliş sorğularına əsasən qaimələrin hazırlanması, icrası və prosesə nəzarətin təmin edilməsi;
Eyni cari hesab üzrə yaranmış uyğunsuzluqların araşdırılması və müvafiq düzəlişlərin aparılması;
Riskli və problemli müştərilərlə bağlı məlumatların operativ şəkildə maliyyə şöbəsinə yönləndirilməsi;
Uzunmüddətli gecikməsi olan və risk qrupuna daxil edilən müştərilər üzrə sənədlərin, aktların və üzləşmə sənədlərinin hazırlanaraq hüquq şöbəsinə təqdim edilməsi;
Top müştərilər üzrə satış və təqdim edilmiş qaimələr əsasında üzləşmə hesabatlarının hazırlanması və yoxlanılması;
Debitor borcların vəziyyəti ilə bağlı hesabatların hazırlanması və aidiyyəti şöbələrlə koordinasiyanın aparılması;
Top müştərilər tərəfindən təqdim olunan hesabat məlumatlarının müəssisənin uçot məlumatları ilə müqayisə edilərək debitor borc qalığının üzləşdirilməsi.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Əmək haqqı: 900 AZN Gross
Tələblər
Yaş həddi: 23–40 yaş;
Ali təhsil;
Azərbaycan dilində sərbəst danışıq və yazışma bacarığı (rus dili biliyi arzuolunandır);
Microsoft Word və Microsoft Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Detallara diqqət yetirmək və çoxsaylı tapşırıqları eyni vaxtda idarə etmək bacarığı;
Məxfilik və peşəkarlıq prinsiplərinə riayət etmək bacarığı.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17094
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+