Ana Səhifə
Vakansiyalar
Marketinq, Reklam və PR
Digər marketinq işləri

PR və tədbirlərin təşkili üzrə mütəxəssis

PR və tədbirlərin təşkili üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Milli Süni İntellekt Mərkəzi (NAIC), AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların inkişafını və tətbiqini təşviq edir. Mərkəz, süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir.

NAIC olaraq media ilə effektiv əlaqələri quracaq və tədbirlərin planlanması və icrasını təmin edəcək PR və Tədbirlərin təşkili üzrə mütəxəssis axtarırıq. Bu rolda siz təşkilatın fəaliyyətlərini media və tədbirlər vasitəsilə geniş auditoriyaya təqdim edəcək, layihələrin görünürlüyünü artıracaq və tədbirlərin planlaşdırılmasından icrasına qədər bütün mərhələlərdə aktiv rol alacaqsınız.

Tələblər

Vəzifə öhdəlikləri:

  • Press-relizlərin hazırlanması və müvafiq kütləvi informasiya kanalları vasitəsilə yayılmasının təmin edilməsi;

  • Media nümayəndələri və jurnalistlərlə peşəkar əlaqələrin qurulması və idarə olunması;

  • Müsahibə, rəsmi çıxış mətnləri və digər kommunikasiya materiallarının hazırlanması;

  • Medianın işıqlandırılmasının təmin edilməsi və şirkətin ictimai rəydəki mövqeyinin davamlı monitorinqi.

  • Onlayn və oflayn tədbirlərin (konfrans, forum, seminar, vebinar və s.) planlaşdırılması və tam icrasının təmin edilməsi;

  • Tədbirlərin konsepsiyasının hazırlanması; logistika, məkan, proqram və iştirakçıların koordinasiyasının həyata keçirilməsi;

  • Tədbirin bütün mərhələlərinin idarə olunması (planlaşdırma → hazırlıq → icra → tədbirdən sonrakı qiymətləndirmə);

  • Tədbirlər zamanı media və sosial media işıqlandırılmasının təşkili və koordinasiyası;

  • Tədbirlərlə bağlı məlumat materiallarının hazırlanması və paylaşılmasının təmin edilməsi;

  • Tədbirlərin keyfiyyətli, vaxtında icrasına nəzarət və hədəflənmiş nəticələrin əldə olunması.

  • Təşkilatın fəaliyyəti və tədbirlərlə bağlı sosial media məzmununun hazırlanması və koordinasiyası;

  • Press-reliz, elan və tədbir materialları üçün mətnlərin yazılması və redaktə edilməsi.

  • Daxili tədbirlər və korporativ təşəbbüslərlə bağlı məlumatlandırıcı materialların hazırlanması və paylaşılmasının icra edilməsi.

  • Görülən işlər və tədbir fəaliyyətləri üzrə strukturlaşdırılmış hesabatların hazırlanması;

  • Media işıqlandırılması, aktivlik və tədbir nəticələrinin monitorinqi və təhlili.

Təhsil: İctimaiyyətlə əlaqələr, jurnalistika, kommunikasiya və media, marketinq, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə ali təhsil;

  • İş təcrübəsi: İctimaiyyətlə əlaqələr, kommunikasiya, mətn yazarlığı və redaksiyası (kopiraytinq), media və ya tədbirlərin təşkili sahəsində minimum 1–3 il iş təcrübəsi;

  • Dil bacarıqları:

  • Azərbaycan dili – sərbəst (əla);

  • İngilis dili – sərbəst (mütləq tələb);

  • Rus dili – arzuolunandır.

Necə Müraciət Etmək Olar

National Artificial Intelligence Center

National Artificial Intelligence Center

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12963

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya