Planlaşdırma və effektivliyin ölçülməsi bölməsinin baş eksperti (FİED)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 8 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Zəruri hallarda, MXD/filiallarda istehlak/ipoteka kreditləri və qeyri-kredit məhsullarının (xidmətlərinin) birbaşa satışı və dəstəyi ilə məşğul olan struktur vahidlər üzrə iş yükünün müəyyən edilməsi zamanı nəzərə alınan normativlərin monitorinqinin aparılmasını və yeni normativlərin müəyyənləşdirilməsini təmin edir;
MXD/filiallarda istehlak/ipoteka kreditlərinin rəsmiləşdirilməsi zamanı Bankın əməliyyat proqramına (BƏP) müştərilərlə bağlı daxil edilmiş bütün məlumatların düzgün əks etdirilməsinə nəzarət edir, həmçinin BƏP-də göstərilməyən iş yerləri barədə MXD/filiallardan daxil olan məlumat və sənədləri yoxlamaqla yeni iş yerlərinin BƏP-ə daxil edilməsini təmin edir;
Qeyri-iş günləri ərzində MXD/filialların iş rejimi, bölmələr üzrə işə cəlb edilməli olan işçilərin sayı ilə bağlı MXD/filialları və digər aidiyyəti struktur bölmələri məlumatlandırır və iş rejimində edilən dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı lazımi tədbirləri görür;
MXD/filialların Xidmət və Xüsusi əhəmiyyət kəsb edən müştərilərə xidmət bölmələrinin əməkdaşları üzrə bonus göstəricilərinə dair hesabat hazırlayır və onların yekun göstəriciləri üzrə, bankdaxili aidiyyəti korporativ aktlara uyğun olaraq bonusların hesablanmasını təmin edir;
Bölməyə aid olan digər hesabatları edir;
Bölmədə gündəlik iş zamanı istifadə edilən sənədlərin arxivləşdirilməsini təmin edir;
Bölməyə aid olan gündəlik cari işləri görür;
Filialların işinin təşkilini yaxşılaşdırmaq məqsədilə digər işlər görür.
Tələblər
Ali təhsil – bakalavriat
Sahə üzrə iş təcrübəsi -3-4 il
Dil biliyi: Azərbaycan - Yüksək
Kompüter biliyi
MS office və SQL- Yüksək
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.
qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
Bank of Baku
Finance
Bank of Baku Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və fərdi, eləcə də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bankçılıq həlləri ilə müştərilərinin maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Bank of Baku ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovasiya və operativ xidmət prinsiplərini əsas tutur. “BOB Mobile” kimi rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar, ödənişlər və hesab idarəetməsi imkanları təqdim olunur. Bank of Baku həmçinin müasir texnologiyaların tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın bank sektorunda mövqeyini gücləndirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17738
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+