Ana Səhifə
Vakansiyalar

Performans dəyərləndirmə bölməsinin eksperti

Performans dəyərləndirmə bölməsinin eksperti

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 14 iyun 2026

Təsvir

Vəzifə funksiyaları

  • Bankdaxili performans qiymətləndirmə sistemində Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG/KPI) toplanması, təhlili və sistemə daxil edilməsində digər struktur bölmələrlə koordinasiyanı təmin etmək;

  • Performans idarəetmə prosesinin gedişatını izləmək, sınaq müddəti olan əməkdaşların dəyərləndirmə formalarının vaxtında tamamlanmasına nəzarət etmək;

  • Yüksək potensiallı işçilərin inkişaf planlarının sənədləşdirilməsinə və icrasına nəzarət etmək;

  • Səriştəlilik modelinin və dərəcələndirmə sisteminin tətbiqi prosesində məlumat bazasını idarə etmək;

  • Attestasiya, müsahibə və peşəkarlıq yoxlanış tədbirlərinin yüksək səviyyədə təşkilini koordinasiya etmək.

  • Məlumat bazaları ilə işləmə

  • Excel-də dinamik Dashboard-ların (idarəetmə panelləri) hazırlanması.

Vəzifəyə dair tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya menecment sahəsi arzuolunandır).

  • Təcrübə: İnsan resursları və ya performansın idarəedilməsi sahəsində 1-3 il iş təcrübəsi

  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək, ingilis dili biliyi intermediate

  • Texniki bacarıqlar: MS Office (xüsusilə Excel) proqramlarından peşəkar səviyyədə istifadə bacarığı.

  • Yumşaq bacarıqlar: Analitik düşüncə və detallara diqqət, kommunikasiya və əməkdaşlıq, nəticəyönümlülük və zamanın idarə edilməsi, problem həll etmə və adaptasiya

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;

  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;

  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;

  • İdman zallarında endirim imkanları;

  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;

  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;

  • Könüllü tibbi sığorta;

  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Bank of Baku

Bank of Baku

Finance

Bank of Baku Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və fərdi, eləcə də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bankçılıq həlləri ilə müştərilərinin maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Bank of Baku ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovasiya və operativ xidmət prinsiplərini əsas tutur. “BOB Mobile” kimi rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar, ödənişlər və hesab idarəetməsi imkanları təqdim olunur. Bank of Baku həmçinin müasir texnologiyaların tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın bank sektorunda mövqeyini gücləndirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17737

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Qeyri-kredit məhsulları şöbəsinin aparıcı eksperti

Tam Ştat

Vəzifə öhdəlikləri: Kart müştəri bazasının analiz olunması və müştəri aktivliyinin artırılması üçün kampaniyaların həyata keçirilməsi; İnnovativ kart məhsul və texnologiyalarını yaradılması üçün təkliflərin verilməsi; Cari kart məhsul və xidmətləri üzrə dəyişiklik təkliflərinin hazırlanması və tətbiqi; Mövcud olan qeyri-kredit bank məhsulları üzrə davamlı olaraq hesabatların hazırlanması və aparılmasını icra edir; Şöbəyə daxil olan qeyri-kredit bank məhsulları ilə bağlı bütün təklifləri dəyərləndirir, maraqlı təklifləri müzakirəyə çıxarır və bununla bağlı öz təkliflərini verir. Yumşaq bacarıqlar Məsuliyyət Nizam intizam Detallara diqqət Digər şərtlər Ali təhsil - İqtisadi-idarəetmə sahəsində. Minimum 2–3 il uyğun iş təcrübəsi Dil biliyi Azərbaycan - Yüksək Rus dili-orta Kompüter biliyi MS Office  - Yüksək Power BI – Yüksək SQL - Orta Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Könüllü tibbi sığorta; Həyatın yığım sığortasına qoşulmaq imkanı. qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Planlaşdırma və effektivliyin ölçülməsi bölməsinin baş eksperti (FİED)

Tam Ştat

Vəzifə öhdəlikləri: Zəruri hallarda, MXD/filiallarda istehlak/ipoteka kreditləri və qeyri-kredit məhsullarının (xidmətlərinin) birbaşa satışı və dəstəyi ilə məşğul olan struktur vahidlər üzrə iş yükünün müəyyən edilməsi zamanı nəzərə alınan normativlərin monitorinqinin aparılmasını və yeni normativlərin müəyyənləşdirilməsini təmin edir; MXD/filiallarda istehlak/ipoteka kreditlərinin rəsmiləşdirilməsi zamanı Bankın əməliyyat proqramına (BƏP) müştərilərlə bağlı daxil edilmiş bütün məlumatların düzgün əks etdirilməsinə nəzarət edir, həmçinin BƏP-də göstərilməyən iş yerləri barədə MXD/filiallardan daxil olan məlumat və sənədləri yoxlamaqla yeni iş yerlərinin BƏP-ə daxil edilməsini təmin edir; Qeyri-iş günləri ərzində MXD/filialların iş rejimi, bölmələr üzrə işə cəlb edilməli olan işçilərin sayı ilə bağlı MXD/filialları və digər aidiyyəti struktur bölmələri məlumatlandırır və iş rejimində edilən dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı lazımi tədbirləri görür; MXD/filialların Xidmət və Xüsusi əhəmiyyət kəsb edən müştərilərə xidmət bölmələrinin əməkdaşları üzrə bonus göstəricilərinə dair hesabat hazırlayır və onların yekun göstəriciləri üzrə, bankdaxili aidiyyəti korporativ aktlara uyğun olaraq bonusların hesablanmasını təmin edir; Bölməyə aid olan digər hesabatları edir; Bölmədə gündəlik iş zamanı istifadə edilən sənədlərin arxivləşdirilməsini təmin edir; Bölməyə aid olan gündəlik cari işləri görür; Filialların işinin təşkilini yaxşılaşdırmaq məqsədilə digər işlər görür.