Planlama üzrə mütəxəssis İmişli
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 15 fevral 2026
Təsvir
Müəssisə: AŞİB AQRO
Ümumi Tələblər
Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit və ya oxşar sahələr üzrə)
Müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi (üstünlükdür)
MS Office proqramlarında sərbəst işləmə bacarığı, xüsusilə Excel üzrə mükəmməl bilik.
Böyük həcmli məlumat bazaları ilə işləmə və analitik təhlil bacarığı.
SAP proqramında MM və SD modulları üzrə biliklər.
Azərbaycan dili üzrə əla bilik, ingilis və rus dilləri arzuolunandır.
Məsuliyyət, səbr, ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti.
İş Haqqında Məlumat
Zəng mərkəzinə daxil olan zənglərin prosedura uyğun cavablandırılması və müvafiq hesabatların hazırlanması.
Müqavilələr üzrə məlumat bazasının yaradılması, sənədlərin dosyalanması və aidiyyəti tərəflərə təhvil verilməsinin təmin edilməsi.
Fermer, torpaq, müqavilə və aqronom məlumatlarının Aqrosun proqramına daxil edilməsi və əlaqələndirilməsi.
YSP sistemində stok kodlarının açılması və SAP proqramına tanıdılması üçün İTSM tələblərinin yaradılması.
SAP sistemində satış sifarişlərinin yaradılması və izlənməsi.
Bölgələrdə fəaliyyət göstərən kombaynlar üzrə gündəlik iş hesabatlarının hazırlanması.
Yığım işləri tamamlanan fermerlər üzrə təhvil-təslim aktlarının kombayn çalışma formaları ilə qarşılaşdırılması.
Dövlət Statistika İdarələrinə rayonlar üzrə əkin sahələri və məhsul istehsalı ilə bağlı aylıq hesabatların təqdim edilməsi.
Kənd Təsərrüfatı Nazirliyinə fermer müqavilələri, əkin, becərmə və yığım üzrə həftəlik hesabatların göndərilməsi.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin müraciətlərinə əsasən fermer məlumatlarının təqdim edilməsi.
Böyük həcmli məlumatların sistemlərdə yenilənməsi və dəqiqliyinə nəzarət edilməsi.
İş vaxtının norması:
5 günlük iş rejimi; 09:00-18:00
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: İmişli rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis İmişli” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4945
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+