Ana Səhifə
Vakansiyalar

Planlama Mühəndisi

Planlama Mühəndisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 13 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);

  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;

  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;

  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;

  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;

  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;

  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;

  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;

  • Gündəlik hesabatlar hazırlayır;

  • Həftəlik və Aylıq hesabatlar hazırlayır;

  • İşin və Maşın mexanizmlərinin məhsuldarlığının çıxarılmasını hazırlayır;

  • Adam, say tətbiqinin histoqramlarının çıxarılmasını hazırlayır;

  • İrəliləmə histoqramlarını tərtib edir;

  • Gecikmələrin Proqnozlaşdırılmasını həyata keçirir;

  • Layihə Planlama Primavera P6 proqramını tərtib edir;

  • Podratçıların apardığı işlərin plan qeydiyyat və plan işi üzrə işlərin görülməsinə nəzarət edir

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Yaş həddi: 25-45

  • Ali təhsil (İnşaat üzrə);

  • Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;

  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;

  • MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;

  • Yüksək səviyyədə analitik-riyazi biliklər;

  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

  • İnşaat norma və qaydalarını bilməlidir;

  • İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları.

Əlavə məlumatlar:

  • İş rejimi: 6 gün.

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Planlama Mühəndisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: 055 216 20 65

Necə Müraciət Etmək Olar

Az-Caspian Construction

Az-Caspian Construction

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11070

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə